Tarix : 2014 Aug 10
Kod 43712

Əziz əqidədaşlar, danışın bu barədə! Ucadan danışın!

Leyla Yunus : “Əziz əqidədaşlar, danışın bu barədə! Ucadan danışın! Qoy eşitsinlər və bilsinlər ki, Azərbaycanda – Avropa Şurasına rəhbərlik edən ölkədə necə bir qanlı tiranlıq hökm sürür

Arannews - Azərbaycan Respublikasında həbsdə olan hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bəyanat verərək ona qarşı irəli sürülmüş saxta ittihamlara etiraz edib.


Son 20 ildə bir çox günahsız məhbusun müdafiəsinə qalxmış Leyla Yunus vurğulayıb :

"30 iyun 2014-cü il tarixində mən və həyat yoldaşım Arif saxta ittihamlarla bir sıra ağır cinayətlərdə, o cümlədən, dövlətə xəyanətdə günahlandırıldıq.”

Kürdəxanı istintaq təcridxanasından  MTN təcridxanasına aparıldıqlarını bildirən Leyla Yunus əlavə edib : “Mən siyasi məhbus problemi ilə uzun müddətdir məşğulam və MTN-dəki işgəncələrdən çox yaxşı xəbərdaram. Qərarı da gözəl anlayıram – ailəmizi – Arifi də, məni də fiziki olaraq, məhv etmək istəyirlər. 2005-ci ildə Elmar Hüseynovun qətlindən sonra məni də öldürüləcəyim barədə xəbərdar etmişdilər. Bu günsə, 2014-cü ildə Azərbaycandakı qanlı tiraniya artıq heç bir sərhəd tanımır. Mən tam aydınlığı ilə anlayıram bunu – mənə və Arifi vəhşicəsinə, ölənəcən əzab verəcəklər...”

Leyla Yunus əlavə edib : “Əziz əqidədaşlar, danışın bu barədə! Ucadan danışın! Qoy eşitsinlər və bilsinlər ki, Azərbaycanda – Avropa Şurasına rəhbərlik edən ölkədə necə bir qanlı tiranlıq hökm sürür".

  • Yazılıb
  • da (də) 2014 Aug 10