Tarix : 2014 Aug 09
Kod 43691

ABŞ koqresmenləri Ermənistanı yox Azərbaycanı qınadılar

Cümə axşamı günü 3 ABŞ koqresmen Azərbaycan-Ermənistan qüvvələri arasında gedən son atışmalara reaksiya olaraq, Azərbaycan respublikasını qınayıblar
Cümə axşamı günü 3 ABŞ koqresmen Azərbaycan-Ermənistan qüvvələri arasında gedən son atışmalara reaksiya olaraq, Azərbaycan respublikasını qınayıblar
Ermənistanın “Asbarez” saytı yazır ki, Adam Schiff, “Twitter” səhifəsində yazıb: “20 ildir ki Azərbaycan əhalisin əksəriyyəti erməni olan Dağlıq Qarabağa nəzarətinə yenidən bərpa etməyə çalışır. Azərbaycan Qarabağın dinc əhalisinə qarşı hücuma keçir. Zorakılıqlara son qoymaq üçün, ABŞ Azərbaycan ilə bütün hərbi əməkdaşlıqlarına son qoymalıdır.
Brad Sherman isə öz səhifəsində yazıb: “Dağlıq Qarabağ “xalqı” Azərbaycanın təhdidi olmadan öz müqəddəratını təyin etmək haqqı var. Ümid edirəm ki, Azərbaycan snayper hücumlarına son qoyacaq və onun yerinə Ermənistan və “Dağlıq Qarabağ Respublikası” ilə mənalı danışıqlara başlayacaq.”
David Sisilin isə öz səhifəsində yazıb: “ Mən atəşkəs rejimini və beynəlxalq hüquq normalarını pozan Azərbaycan hökumətini qınayıram. Mən Azərbaycan snayperçiləri tərəfindən Qızıl Xaç nümayəndəsinə qarşı hücumdan dəhşətə gəlirəm. Atəşkəs rejiminin pozulması təhlükəli risklərə gətirib çıxaracaq. Ümid edirəm ki, Rusiya prezidenti Azərbaycan tərəfindən zorakılığı dayandırmaq üçün İlham Əliyevi razı edəcək.”
Hələlik Azərbaycan tərəfi Amerika konqresmenlərin iddialarına cavab olaraq, reaksiya verməyib.

  • Yazılıb
  • da (də) 2014 Aug 09