Tarix : 2014 Jul 31
Kod 43617

Rusiya Qarabağın həll prosesindən kənarlaşdırılıb

Rusiya bundan sonra Qarabağ konfliktinə müdaxilə edə bilməyəcək

Arannews - “Belarusiyanın Ukrayna və Rusiya arasındakı vasitəçiliyi yeni Minsk prosesinin başlanması ola bilər”.

Bu açıqlama ilə erməni analitiki Naira Ayrumyan çıxış edib.

O, Rusiyanın bundan sonra Qarabağ konfliktinə müdaxilə edə bilməyəcəyini söyləyib:

“Ukrayna üçün yeni Minsk prosesi Qarabağ üçün hazırlanmış Minsk prosesinin sonu ola bilər. Rusiya öz problemləri ilə həddən artıq məşğuldur və çətin ki, Qarabağ konfliktinə vaxt ayıra bilsin. Təsadüfi deyil ki, danışıqlarda təşəbbüs məhz Qərbdən olan həmsədrlərin əlinə keçir. Onlar Rusiyanın konfliktin həllində rolunu minimuma endirmək işini artıq həll ediblər. Geriyə qalan iş yalnız maksimum nəticədir. Bu isə Ermənistan və Azərbaycanı heç olmasa müvəqqəti razılıq üçün bir masanın arxasında əyləşdirməkdən ibarətdir. Belə bir şey olsa, Rusiya artıq burada iştirak etməyəcək”.

  • Yazılıb
  • da (də) 2014 Jul 31