Tarix : 2014 Jul 31
Kod 43613

Leyla Yunus həbs edildi

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus saxlanılıb

Arannews - Dövlətə xəyanətdə ittiham olunan Leyla Yunus barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb

Leyla Yunus barədə 3 ay həbs qətimkan tədbiri seçildi. Bununla bağlı onun vəkilləri jurnalistlər qarşısında çıxış etdilər.

Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı ittiham elan olunub.

Bu barədə vəkil Cavad Cavadov məlumat verib.

 Onun sözlərinə görə, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər.

 Vəkil qeyd edib ki, istintaq Arif Yunusdan başqa yerə getməməklə bağlı iltizam alıb.

 Leyla Yunus isə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb.

 Arif Yunus Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qarşısında jurnalistlərə bildirib ki, idarədə həkim nəzarətindən keçib: "Səhhətimdə problem olduğu üçün barəmdə həbs qətimkan tədbiri seçilmir. Lakin polisin nəzarətində olacağam və məndən başqa yerə getməməklə bağlı iltizam alınıb”.

Hazırda iki saatdan çox olar ki, Leyla Yunus Baş Prokuruluğun İstintaq İdarəsində dindirilir. Leyla Yunusla eybi zamanda həyat yoldaşı Arif Yunus da istintaqdadır. O, təxminən 13:20 radələrində istintaq idarəsinə gətirilib. İdarənin önündə media nümayəndələri və bəzi tanınmış partiyaların gəncləri var. Leyla Yunusun Rauf Mirqədirovun işi ilə əlaqədar dindirldiyi deyilir.

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus saxlanılıb.

Bu barədə L.Yunusun həyat yoldaşı Arif Yunus məlumat verib.

O, L. Yunusun tədbirə gedərkən naməlum şəxslər tərəfindən saxlanıldığını deyib: “Saat 11:45-də tədbirə gedərkən yanında bir maşın dayandı. Onu arxa tərəfdə əyləşdirdilər. İki nəfər yanında bir nəfər isə sürücünün yanında oturdu, sürüb getdilər. Hazırda telefonuna zəng çatmır”.

A. Yunus hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının onların mənzilinə gələrək qapını döydüklərini də bildirib.

tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı L.Yunus Baş Prokurorluqdadır. "O, Ləmbəranski tərəfindən, Rauf Mirqədirovun işi ilə əlaqədar sorğu edilir".

  • Yazılıb
  • da (də) 2014 Jul 31