Tarix : 2014 Jul 31
Kod 43609

Rusiya Ermənistanı cəzalandırmağa başladı

bu informasiyanı Rusiya mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb

Arannews - Ermənistanın Baş naziri Ovik Abramyanın istefaya göndərilməsinə hazırlıq gedir.

bu informasiyanı Rusiya mətbuatı özünün etibarlı mənbələrinə istinadən yayıb.

Mənbə Abramyanın istefaya göndərilməsinin Moskva ilə əlaqədar olduğunu bildirib. O, Baş nazirin ölkənin daxili siyasətində və Avrasiya İttifaqına inteqrasiya məsələlərində heç bir uğura yiyələnmədiyinə görə istefaya göndəriləcəyini deyib. Bununla bərabər, Putin hakimiyyətinin Ovik Abramyandan Avropa İttifaqı ilə iqtisadi münasibətlər çərçivəsində yeni layihələr üzərində çalışdığına görə acıqlı olduğu söylənilib. Qarabağ məsələsində ABŞ-ın aktivliyinin artırılmasında da Abramyanın buraxdığı səhvlər Moskvanın onun üstündən xətt çəkməsinə səbəb olub. Mənbə həmçinin hazırda onun yerinə hazırlanan yeni namizədlərə baxış keçirildiyini vurğulayıb. O, istefa baş tutarsa, Abramyanın yerinə gətiriləcək şəxsin adının kifayət qədər sensasiyaya səbəb olacağını deyib.

Qeyd edək ki, Ovik Abramyan Baş nazir postunda Tiqran Sərkisyanı əvəz etmişdi. 

  • Yazılıb
  • da (də) 2014 Jul 31