Tarix : 2014 Jul 27
Kod 43595

Vəhdət-Birliyə çağırış günü

Qüdsdə iştirak etmək, təkcə Fələstin xalqının deyil, bütövlükdə məzlumların tərəfində olmaq, zalımlara etiraz deməkdir

Arannews - “Biz zülmə məruz qalmış, torpaqları işğal olunmuş ölkəyik. Biz o ağrı, acını hamıdan gözəl dərk edirik. Qüdsdə  iştirak etmək, təkcə Fələstin xalqının deyil, bütövlükdə məzlumların tərəfində olmaq, zalımlara etiraz deməkdir. Biz bu məktəbi peyğəmbərdən, Əhli-Beytdən öyrəndik.  Qurandan tövsiyyədir, həmişə məzlumların tərəfində olmaq. Qüds günü etiraz etmək insanın şəri, ibadi məsələsidir. Bu əməl orucluqda edilən əməllərin möhürü kimidir..”

AİP sədr əvəzi Hacı Elçin Manafov

 

"Mübarək Ramazan ayının içindəki Qüds gününün mahiyyəti, əslində, bu mübarək ayın ictimai və siyasi müstəvidə olan təqva dərslərindən ibarətdir.

 Əhyadan çıxmış bir müsəlman Allah ayının sonuncu cümə günü özünün gerçək insan imtahanını, insani kamillik baxımından bir növ yetkinlik imtahanı verir"

DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu

 

“Qarabağ bizə ildə qeyd olunacaq bir gün deyil, hər günümüzün proritet məsələsidir və bu məsələnin həllinə nail olana qədər yaşadığımız hər saat və gün Qarabağ günü olmalıdır. Necə ki, Fələstin xalqına keçən hər gün Qüds günüdür.”

 Nüfuzlu din xadimi, ilahiyyatçı alim Sərdar Hacıhəsənli

 

"Bütün İslam dünyası, müsəlmanlar və hətta qeyri-müsəlmanlar bu gündə Qüdsün özünün və Qüdsdə yaşayan insanların müdafiəsinə qalxır, həmin gün bütün dünyada aksiyalar keçirirlər. Bu baxımdan Qüds gününü mübarizə, etiraz günü kimi də dəyərləndirmək olar."

Quran hafizi, ilahiyyatçı alim hacı Zülfüqar Mikayılzadə

 

“Mən hesab edirəm ki, bütün müsəlman dünyasının, bütün türk dünyasının və bütün bəşəriyyətin ən mühüm günü- Kərbəlası da, Qüdsü də bu gün İraqda, Suriyada baş verənlərdir. Yəni bütövlükdə Yaxın Şərqdə baş verənlərdir. Bu istiqamətdə, yəni insan haqlarının qorunması istiqamətində vəhdət günlərində, mübarək Ramazanda, xüsusilə də inanclarımıza görə duaların qəbul edildiyi müqəddəs günlərdə başlıca diqqət buna yönəlməlidir.”

KXCP sədri Mirmahmud Mirəlioğlu

 

“Qüdsün azadlığı bütün müsəlman dünyasına olunan təcavüzlərə son qoyulması deməkdir.”

AİP-n sabiq sədri, Nardaran ağsaqqalı Hacıağa Nuri

 

“Qüds - paklıq, müqəddəslik deməkdir. Hələ qədim dövrlərdən mütəfəkkirlərin Qüds şəhərini “Vəhyin əski paytaxtı” adlandırması buranın peyğəmbərlər şəhəri olması, bəşəriyyətin ilahi ilə təmasda xüsusi rol oynaması ilə bağlıdır. Bu baxımdan Qüds artıq öz mahiyyəti etibarilə cahanşümul xarakter daşıyır və obrazlı desək, təkcə bir şəhərin, bir məkanın adını deyil, millətindən, dilindən, dinindən asılı olmayaraq, bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edən ilahi dəyərlərə verilən ümumi ad mənasını əks etdirir.”

"Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, AMEA-nın elmi işçisi, fəlsəfə doktoru Elşən Mustafaoğlu

 

“Qüds günü özlüyündə olduqca müsbət təşəbbüsdür. Vəhdətə çağırış üçün vaxtında atılmış müdrik qərardır.  Amma müsəlman dünyasının birləşməsinə,  həmrəylik yaradaraq  ağıllı siyasət yürütməsinə ümid çox azdır. Qüds günü vaxtında və yerində irəli sürülmüş ideya olsa da, təəssüf ki, bütövlükdə ərəb dünyası şeyxlərinin vicdanını oyatmağa, onlara mübarizə əzmi verməyə gücü çatmır.”

Tanınmış siyasi analitik Zərdüşt Əlizadə

 

“Bu ilahi çağırış günü həqiqətən də haqqın batilə qarşı, ədalətin zülmə qarşı olan günüdür. Qüds günündə insanlar haqq səsini ucaldır, işğalçılara yox deyir, zalımları mühakimə edirlər.”

İslam Araşdırmaları Mərkəzinin rəhbəri, ilahiyyatçı alim Əliyev

 

 

“Qüds günü bütün dünya müsəlmanlarının qardaşlığı, həmrəyliyi günü olduğu üçün mühüm önəm daşıyır.  Bu gün sionistlərin, İŞİD-in, vəhhabilərin dünyada törətdikləri terrorlar Qüdsün işğalının davamı kimidir. İslamı dünyada terror dini  kimi göstərmək, bəşəriyyətin gözündən salmaq məqsədi ilə düşmən bu cür əməllərə əl atır. 

Beynəlxalq Qüds günündə bütün müsəlmanlar həmrəy olub ilk qibləgahımızın azad olunmasını tələb etməli, terrora son qoymaq, qan tökülməsinin qarşısını almaq uğrunda mübarizəyə qalxmalıdır. Tezliklə Qarabağ torpaqlarımızın azad olunmasını da qətiyyətlə tələb etməliyik.”

Fatimeyi-Zəhra (s.ə) məscidinin axundu Hacı İlqar Rəcəbov

 

“Azərbaycana qarşı baş verənləri Fələstinə qarşı baş verənlərin tam oxşarı hesab etmək olar. Məhz buna görə də zülmün qaynaqlandığı bir nöqtə silinməyincə ikinci, üçüncü və daha çox belə  nöqtələr meydana gələr. Necə ki, bu gün Suriya və İraqda, Əfqanıstanda baş verən faciələr  yüzlərlə, minlərlə, hətta milyonlarla  günahsız insanın məhvinə gətirib çıxarır. Çünki saydıqlarımızın hamısı Qüdsün davamı, müsəlman qətliamı silsiləsidir.”  

   AİP siyasi şöbəsinin rəhbəri Akif Heydərli

 

“İmam Xomeyninin (r.ə) Ramazan ayının axırıncı cüməsini Qüds günü elan etməsi, bu problemi, yəni işgal olunmuş fələstin torpaqlarının problemini bir daha dünyaya   bəyan etmək məqsədi daşıyırdı. İmamın bu qərarı elə bir vaxtda oldu ki, bu problem bütün ərəb ölkələrində, müsəlman dövlətlərində unudulmuşdu. Qüds gününün elan edilməsi azadlıq uğrunda mübarizəni kuliminasiya nöqtəsinə gətirdi.”

İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin sədri, Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimov

 

“Biz QAT olaraq, Qüdsün və Qarabağın azadlığını  müsəlmanların gücünün birləşdirilməsi və bir araya gəlməsində görürük.”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı

 

“Qəlbində ilahi dəyərləri yaşadan, ruhunda vicdan daşıyan hər bir müsəlman bir araya gəlib bu zülmə, bu cinayətkarlığa son qoyulmasını tələb etməlidir. İmam  Hüseyn(ə) qiyamı haqla batilin mübarizə simvolu olduğu kimi Qüds günü də sionizmin simasında bütün işğalçılara qarşı etiraz simvoludur”.

AİP sədrinin təşkilati məsələlər üzrə müavini Vüqar İbayev

 

“İmam Xomeyni (r) bu günü təyin etməklə bəşəriyyətin gözündən qorxu zəncirlərini söküb atdı”

“Milli Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Ruhullah Novruzzadə

 

“Xomeyni ağa Müqəddəs gün kimi Qüds gününü qərar verdi. Qüds günü vacibdir, yerində deyilən məramdı. Şübhəsiz ki, bu günə bizim xüsusi münasibətimiz olmalıdır. Əsil möminlər İmam Zamanı(ə.f) qarşılama zamanı  əməli ilə meydanda olanlardlr. Onlar  Qüdsdə olmasalar, onun azadlığı uğrunda mübarizə aparmasalar  Kəbəyə gedə bilməzlər.”

Əlyazmalar İnstitutunun elmi işçisi, elmlər namizədiHacı Seyid Musarza Heydərzadə

 

“Fikrimcə, beynəlxalıq Qüds gününün elan edilməsi vəhdət-birlik üçün  atılan və gələcəyə hesablanmış ən ağıllı və cəsarətli bir müraciətdir”.

ADP sədri Sərdar Cəlaloğlu

 

“Qüds zalımlara qarşı məzlumun yanında olmaqdır,eyni zamanda Qüds Qarabağdır, Şuşadır, işğal altında qalan digər müsəlman torpaqlarıdır. Bu gün Qarabağ da işğal altındadır və bu, Qüdsün işğalının davamıdır.”

AİP sədrinin müavini Elşən Orucov

 

“Çağdaş dövrümüzdə də yenə Qüdsü müqəddəs qibləgah kimi, məkan kimi uca tutmalıyıq. Bu, bir müsəlman olaraq hər birimizin, bizdən sonra gələn nəsillərin şəri borcudur. Bu gün əfsuslar olsun ki, o qibləgah, müqəddəs Qüds şəhəri işgalçı rejim olan İsrail tərəfindən zəbt olunub.”

İlahiyyatçı alim Hacı Vasif Məftullayev

 

“Qüds dünyanın ən modern silahlarına malik bir rejimin qarşısında əliyalın dayananların, qundaqda ikən sionistin zülmü ilə tanış olan körpənin səsi ilə danışmaq günüdür. Qüds demokratiya carçılarına, ədalət carçılarına zülmün mərkəzinin göstərildiyi gündür.”

AİP Səlyan rayon komitəsinin sədri Murad Abdullayev

 

“Bu gün Qəzzada, İraqda baş verənlər bir daha göstərir ki, müsəlmanların vəhdətinə, birliyinə nail olmaq üçün belə bir günə çox böyük ehtiyac var. Və bu baxımdan, imam Xomeyninin Qüds adı altında vəhdətə-birliyə çağırış günü elan etməsi onun bu addımının 30-40 il əvvəli görüb dəyərləndirə bilmək qüdrətindən, siyasi uzaqgörənliyindən xəbər verir.”

Əhli-beyt şairi Nazim Mizan

 

 

  • Yazılıb
  • da (də) 2014 Jul 27