Tarix : 2014 Jul 27
Kod 43587

Rusiya ABŞ-a hücum etməyə hazırlaşır

rəsmi Moskva uzaqmənzilli raketlərin təkmilləşdirilməsi və “Kruis” raketləri kimi strateji silahların yenilənməsinə çalışır

Arannews - ABŞ ordusunun Baş qərargah rəisi Martin Dempsi Rusiya ordusunun 2008-ci ildən etibarən döyüş hazırlığı istiqamətində sürətlə silahlandığını bildirib.

Koloradoda açıqlama verən Dempsi rus ordusunun müharibəyə hazırlaşdığından narahat olduğunu qeyd edib. Onun sözlərinə görə, rəsmi Moskva uzaqmənzilli raketlərin təkmilləşdirilməsi və “Kruis” raketləri kimi strateji silahların yenilənməsinə çalışır.

Qərargah rəsinin sözlərinə görə, Rusiya nəinki Şərqi Avropa, hətta digər qitələrə, eyni zamanda ABŞ-a istiqamətlənə bilən silahların istehsalı və təkmilləşdirilməsi ilə məşğuldur.

Xatırladaq ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinin Asiya-Sakit Okean bölgəsinin komandanı general Herbert Karlisl may ayında verdiyi açıqlamada Rusiyanın strateji bombardmançı təyyarələrinin Kaliforniya sahillərinə qədər gəldiyini və ABŞ-ın Quam adası üzərində uçduğunu iddia etmişdi. Bundan sonra Rusiya Müdafiə Nazirliyi ABŞ-ın bu iddialarını təkzib etmişdi.

  • Yazılıb
  • da (də) 2014 Jul 27