Tarix : 2014 Jul 25
Kod 43569

Hər yer necə Kərbəladırsa, hər yer də eləcə Qüdsdür

QÜDS GÜNÜ: VƏHDƏTƏ VƏSILƏ
 Arannews - Qüds…
 
Günün, günəşin işıqlarıyla başlamadığı tək şəhər - Qüds…
Uşaqların, quşları daşlamadığı tək şəhər - Qüds…
Bizim olan bizsiz şəhər - Qüds…
Yetim qalan igid şəhər - Qüds…
…Günü
 
Ümmətin Qüdsə deyil, öz halına yanmasının vaxtıdır Qüds Günü…
Amma özünə yanmasını da bir kənara qoyub, Qüdsün ağrısını paylaşılmasına səbəbdir Qüds Günü…
Dirilişin, müqavimətin, ümmətin hər yerdə olmasının fürsətidir Qüds Günü…
364 Qüdssüz günün qəzası deyil, 364 Qüds Gününün anasıdır Qüds Günü…

Həcc ilə çiyin-çiyinə, İslamın, yəni vəhdətin ən böyük vəsiləsidir Qüds Günü…

 
O elə bir gündür ki…
Etikafda olanın da etikafından çıxması, fasilə verməsi lazım olan gündür...
Allahın Əsməül-Hüsnasına heyran qalan kim varsa, Əl-Qüddüsünə baxa-baxa, Ər-Rəhmanından gözləyə-gözləyə, Əl-Qəhharına yalvara-yalvara gəlməsi lazım olan gündür...
Deyilən şüarların söyləndiyi ağıza görə qiymətləndirildiyi, yəni əgər bir şüarı bir müsəlman deyərsə, bunun dua hökmündə olduğunu və ümid edək ki, Rəbbimizin yanında belə qəbul edildiyini artıq zəhmət çəkib başa düşənlərin cəm şəkildə şüar söylədiyi günüdür...
Bu günün niyyətini, Qüdsün əhəmiyyətini anlayanının xəstəsini xəstəxanada, bazarlığını bazarda, işini iş yerində qoyaraq gələcəyi gündür...
Dünyanın yeganə dik duran şəhəri Qəzzanın, Allahın əsarət altındakı evi Əl-Əqsanın, şəhid Şeyx Əhməd Yasinin təkərli əlil arabasının, əslində fizika professoru olmasına baxmayaraq həyatı 24 saat təhdid və sui-qəsd altında keçən Xalid Məşəlin, işğalçı İsrailin zindanlarındakı minlərlə fələstinli əsirin və hətta dünyanın dörd bir yanında həbsxanalardakı milyonlarla müsəlmanın gözünü tikib baxacağı gündür Ramazanın son cüməsi olan Qüds Günü!...
Səmimiyəm deyənin səmimiyyətinin, İslam deyənin təsliminin, Qüds deyənin qüdsiyyətinin, mübarizə deyənin dərdinin nə olduğunun aydınlaşdığı gündür Qüds Günü...
"Sən Allah, ora gedib nəyi dəyişdirəcəm ki?" vəsvəsəsinin deyil, özün başa düşüb, "mənim olmadığım hər yer və hər şey əskikdir, demək orada ola bilmədiyim an mən əskikəm" fikrini özünə qəbul etdirmiş insanın yeridir Qüds Günü...
Qüddüsə gedən yolun Qüdsdən keçdiyini anlayanın günüdür o gün...
Qüdsün bayraq olduğunu anlayanın günüdür o gün…
Bu günə qədər gəlməyənin, amma indi öyrəndiyinə görə indi məsul olduğunu anladığı gündür Qüds Günü...
 
Və nəhayət...
Bir Qüds yox min Qüds var!
Hər yer necə Kərbəladırsa, hər yer də eləcə Qüdsdür!
Hər əsir ürək bir Qüdsdür!
Hər dumanlanmış baş bir Qüdsdür!
Hər zülm altındakı şəhər bir Qüdsdür!
Qüds Gününün tək Qüdsə deyil, işğalçı İsrailin qismində bütün zalım, işğalçı dövlətlərə və böyüklərinə,
"Bilin ki, Allah burdadır!
Allah hər yerdədir!
Allah bizimlədir!
Bizim ölülərimiz cənnətdədir!
Sizin ölüləriniz cəhənnəmdədir!
Biz Allahın qullarıyıq və hər yerdə var olacağıq!", - deyərək qışqıranların günüdür.
Allah ürəklərimizi, başlarımızı, qəlblərimizi, hərəkətlərimizi, ifadələrimizi, şüarlarımızı, dualarımızı, dünənlərimizi, bugünlərimizi, sabahlarımızı cəm etsin...Amin...
Dr.Mövsüm Səmədov / AİP sədri
  • Yazılıb
  • da (də) 2014 Jul 25