Tarix : 2014 Jul 25
Kod 43562

"Qüds günü" aksiyasında 43 nəfər saxlanılıb

Məlumatda qeyd olunur ki, saxlanılanlardan 7-si qadın, 36 nəfər isə kişidir
Arannews- Bu gün səhər saatlarında işğalçı İsrail rejiminin Bakıdakı səfirliyinin qarşısında keçirilən aksiyada saxlanılan AİP üzvlərinin işi məhkəməyə göndərilir.

İslamazeri.az İnternet Qəzeti Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə müavini Hacı Akif Heydərli ilə əlaqə saxlayıb.

Hacı Akif Heydərli polis bölməsində olduğunu təsdiqləyib və danışa bilmədiyini bildirib.

Aksiya iştirakçılarından biri İslamazeri.az-a bildirib ki, hazırda saxlanılanlar məhkəməyə aparılır, saxlanılanların 7-si qadın, 36 nəfəri isə kişidir. Saxlanılanlardan neçə nəfərə sutkalıq həbs veriləcəyi və ya cərimə ediləcəyi isə yaxın saatlarda məlum olacaq.

  • Yazılıb
  • da (də) 2014 Jul 25