Tarix : 2014 Jul 23
Kod 43523

Azərbaycan XİN ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

görüşdə ictimaiyyətə yaxşı məlum olan prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında münaqişənin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib

Arannews - Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə iştirakı ilə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşüb.

XİN mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə ictimaiyyətə yaxşı məlum olan prinsiplər və eləcə də həmsədr ölkələrin səsləndirdikləri bəyanatlar əsasında münaqişənin həlli prosesinin sürətləndirilməsi yolları müzakirə edilib.

Qeyd edək ki, həmsədr ölkələri prezidentləri dəfələrlə öz bəyanatlarında mövcud status-kvonun qəbuledilməzliyini vurğulayıblar.

  • Yazılıb
  • da (də) 2014 Jul 23