Tarix : 2014 Jul 22
Kod 43512

Rusiya hərbi təlimlərə başlayıb

800 nəfər hərbi qulluqçu və 150 ədəd zirehli texnikanın iştirak etdiyi təlimlərə snayper, kəşfiyyatçı qrupları, tank və artilleriyalar dəstək verib

Arannews -  Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşən hərbi bazasında taktiki-hərbi təlimlərə start verilib.

800 nəfər hərbi qulluqçu və 150 ədəd zirehli texnikanın iştirak etdiyi təlimlərə snayper, kəşfiyyatçı qrupları, tank və artilleriyalar dəstək verib.

Təlimlərdə şəxsi heyətin döyüş meydanında bacarıqlarına, atəş nöqtələrinin və döyüş maşınlarının maskalanmasına, dağlıq ərazidə müdafiə istehkamlarının yaradılmasına diqqət yetirilib.

  • Yazılıb
  • da (də) 2014 Jul 22