Tarix : 2014 Jul 20
Kod 43483

BMT baş katibi Ayətullah Sistaniyə məktub göndərib

Ayətullah Sistani BMT baş katibi Pan Gi Munun İraqa göndərdiyi nümayəndəsini qəbul edib
Ayətullah Sistani BMT baş katibi Pan Gi Munun İraqa göndərdiyi nümayəndəsini qəbul edib. İnterAz-ın SumariyaNews-a istinadla verdiyi xəbərə görə, şiə dünyasının İraqlı müctəhidi Ayətullah Sistani bu gün BMT baş katibinin göndərdiyi nümayəndə Nikolay Miladinovu qəbul edib.
N.Miladinov Ayətullah Sistani ilə görüşdükdən sonra keçirilən mətbuat konfransında Pan Gi Mun tərəfindən müctəhidə məktub gətirdiyini deyib.
BMT nümayəndəsinin sözlərinə görə, baş katib göndərdiyi məktubda Ayətullah Sistaninin İraqdakı hadisələrlə bağlı nümayiş etdirdiyi hümanist mövqeyini yüksək qiymətləndirib və onun məzhəbçiliyə qarşı atdığı addımları yüksək dəyərləndirib.
Qeyd edək ki, Ayətullah Sistani İraqın ən nüfuzlu müctəhid və alimi olmaqla yanaşı ərəb və şiə dünyasının da ən tanınmış alimlərindəndir. Ayətullah Sistaninin İraqa gələn ABŞ, Avropa, Ərəb rəsmilərini, hətta, İran prezidenti Mahmud Əhmədinejadı qəbul etməməsi onun müstəqil mövqe sahibi olmasını əks etdirir.
Elspertlərin fikrincə, İraqda Ayətullah Sistaninin dəstək verdiyi hər hansı bir siyasi cinahın qələbəsi labüddür.



  • Yazılıb
  • da (də) 2014 Jul 20