Tarix : 2014 Jul 14
Kod 43466

Putin və Merkel Ukrayna ilə bağlı razılığa gəldi

Putin Merkelə Ukraynanın apardığı hərbi əməliyyatdan narahatlıq hiss keçirdiyini və bunun da qəbuledilməz olduğunu bildirib

ARANNEWS - "Ukraynanın vəziyyəti getdikcə pisləşir".

bu sözləri Rusiya Prezidenti Vladimir Putin və Almaniya Baş naziri Angela Merkel Braziliyada görüşü zamanı deyib.

Dünya çempionatının final oyunu öncəsi Putin və Angela Merkelin görüşü bir saatdan artıq davam edib. Görüşdən sonra mətbuata açıqlama verən Putinin mətbuat üzrə sözçüsü Dmitri Peskov bir saat ərzində ancaq Ukraynadakı vəziyyətin müzakirə edildiyini və hər iki liderin Ukraynada böhranın dərinləşdiyi barədə həmfikir olduqlarını qeyd edib.

Putin Merkelə Ukraynanın apardığı hərbi əməliyyatdan narahatlıq hiss keçirdiyini və bunun da qəbuledilməz olduğunu bildirib. Hər iki lider müzakirələrin yenidən başlanması üçün atəşkəs elan edilməsi istiqamətində birgə addımlar atmaq razılığına gəliblər.

  • Yazılıb
  • da (də) 2014 Jul 14