Tarix : 2014 Jul 10
Kod 43436

Ermənistan Azərbaycandan qorxur

Azərbaycan hərbi texnikanın alınmasına və bu sahədə inkişafa çox pul xərcləyir

Arannews - Argentinada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan “La Nacion” nəşrinə müsahibə verib.

S. Sərkisyan müsahibəsində bildirib ki, Azərbaycan hərbi texnikanın alınmasına və bu sahədə inkişafa çox pul xərcləyir.

Ermənistan dövlət başçısı Rusiyanın Azərbaycana silah satması barədə danışarkən isə əməlli-başlı narahatlığını dilə gətirib: “Bu bizim üçün çox qorxuludur. Bizim cəmiyyətdə Ermənistanın strateji müttəfiqi Rusiyanın Azərbaycana silah satması ciddi narahatlıq yaradır. Lakin bizim çətin vaxtlarımızda Rusiyanın  üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə şübhəm yoxdur”.

Qeyd edək ki, S. Sərkisyan Argentinadan sonra Uruqvay və Çiliyə səfər edəcək.

  • Yazılıb
  • da (də) 2014 Jul 10