Tarix : 2014 Apr 24
Kod 42637

Ərdoğan ermənilərə başsağlığı verib

Baş nazirin mesajı hökumətin rəsmi internet saytında dərc edilib

Arannews –Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma “erməni soyqırımı” ilə bağlı ermənilərə başsağlığı verib.

Baş nazirin mesajı hökumətin rəsmi internet saytında dərc edilib. 

Mesajda deyilir: “Qədim və bənzərsiz bir coğrafiyanın bənzər ənənə və adətlərinə sahib xalqlarının, keçmişlərini yetkinliklə danışa biləcəklərinə, itkinlərini özlərinə yaraşan üsullarla və birlikdə yad edəcəklərinə ümidi və inancı ilə, XX əsrin əvvəllərindəki şərtlərdə həyatlarını itirən ermənilərin hüzur içində yatmalarını diləyir, nəvələrinə başsağlığı veririk. Osmanlı imperiyasının digər vətəndaşları kimi ermənilərin də o dövrdə yaşadıqları ağrıları anmalarını anlamaq və paylaşmaq bir insanlıq vəzifəsidir."


  • Yazılıb
  • da (də) 2014 Apr 24