Tarix : 2014 Apr 24
Kod 42635

ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində yanğın verib

yanğın baş vermə səbəbləri aydın deyil

Arannews - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb.

ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb.

Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil.

İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur.

Hazırda faktla bağlı araşdırma gedir. N. Quliyev gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini də deyib.


  • Yazılıb
  • da (də) 2014 Apr 24