Tarix : 2014 Apr 23
Kod 42630

AİP-in lideri həbsxanadakı şəraitdən narazıdır

Mövsüm Səmədov ailəsi vasitəsi ilə şikayət məktubu göndərib

Arannews - Hacı Mövsüm Səmədov həbsxanadakı şəraitdən narazıdır

AİP-in lideri, 11 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Mövsüm Səmədov ailəsi vasitəsi ilə şikayət məktubu göndərib

Məktubda bildirilir ki, bir neçə dəfə rəisə baş verən özbaşınalıqlarla bağlı məlumat verilib, amma rəis göz yumur: “Bu “zonda” böyük faciə baş verir. Narkotiki az qala “plasda” (“zon”un mərkəzi hissəsi) satırlar. Dəfələrlə müəssisəsinin rəhbərliyinə deyilib, amma heç bir faydası yoxdur. Beynəlxalq təşkilatlara, xüsusən “Qırmızı xaç”a da bu barədə bildirmişik. Bu məsələlər bilərəkdən həyata keçirilir. İnsanlar məhv olur. Əvvəlki rəisin zamanında bu cür deyildi. Qumar, pornoqrafik filmlər də bu cürdür.”


  • Yazılıb
  • da (də) 2014 Apr 23