Tarix : 2014 Apr 19
Kod 42574

Nida Vətəndaş Hərəkatı üzvlərinin valideynləri aclıq aksiyası kçirəcəklərini bildirirlər

Aprelin 18-i Gənclərin valideynləri Bakıda, RATİ-nin konfrans zalında jurnalistlərə açıqlama veriblər

Arannews - Həbsdə olan “Nida” Vətəndaş Hərəkatı üzvlərinin valideynləri aclıq aksiyası kçirəcəklərini bildirirlər .

Aprelin 18-i Gənclərin valideynləri Bakıda, RATİ-nin konfrans zalında jurnalistlərə açıqlama veriblər .

Zaur Qurbanlının anası Səkinə Qurbanlı hökuməti gənc fəalları azad etməyə çağırıb: “Mən həbslərə etiraz edirəm. Tələb edirəm ki, “Nida”çılar, uşaqlarımız azadlığa buraxılsın. Bu cinayət işi qondarmadır. Gedən məhkəmə prosesi bunu açıq-aydın ortaya qoydu, vəkillər ittihamı darmadağın etdi .

Bazar günündən biz də aclıq aksiyasına başlayacağıq və uşaqlar azad olunana kimi aclığı davam etdirəcəyik. Hakimiyyətə demək istəyirəm ki, gəncləri özünüzə düşmən etməyin ”.

Rəşadət Axundovun atası və anası, Şahin Novruzlunun atası gəncləri dərhal azad etməyə çağırış ediblər .

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qanunsuz olaraq partlayıcı maddə əldə etmə, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb .

Bu il aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror gənc fəallardan Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib .

Nida” Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü buna görə Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir .


  • Yazılıb
  • da (də) 2014 Apr 19