Tarix : 2014 Apr 19
Kod 42571

Rusiya Qəbələ RLS-dən daşınan texniki avadanlıqları Ermənistanda yerləşdirib

Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycanın stansiyanın icarə haqqını artırması ilə bağlı olub

Arannews - Qəbələ RLS-dəki texniki avadanlıqların daşınması zamanı Rusiyaya qadağa tətbiq olunub. Buna səbəb Rusiyanın yüklərin Qəbələ-İrəvan aviareyisi ilə daşımağa cəhd etməsi olub .

Azərbaycanın qadağasından sonra yüklər Qəbələ-İrəvan deyil, Qəbələ-Soçi aviareysi ilə daşınıb. Rusiya Qəbələ RLS-dən daşınan texniki avadanlıqları Ermənistanda yerləşdirib. Soçiyə aparılan hərbi təyinatlı qurğular, oradan da İrəvana daşınıb. Qeyd edək ki, 2012-ci ilin dekabr ayında Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlayıb. Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycanın stansiyanın icarə haqqını artırması ilə bağlı olub .


  • Yazılıb
  • da (də) 2014 Apr 19