Tarix : 2014 Apr 19
Kod 42569

Azərbaycan-Türkmənistan əlaqələri müzakirə edilib

Görüşlərdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə iştirak edib

Arannews - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb .

Görüş zamanı R. Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova çatdırıb. Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarına görə təşəkkür edib, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daimi olacağını bilirib .

Görüşdə iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib .

Türkmənistana səfəri cərcivəsində ARDNŞ-nin prezidenti bu ölkənin xarici işlər naziri Rəşid Meredov ilə də görüşüb. Görüş konstruktiv və işgüzar şəraitdə keçirilib, ikitərəfli münasibətlərin gələcək inkişafı, neft-qaz sahəsində əməkdaşlıq, Türkmənistan ilə Azərbaycanın siyasi və iqtisadi münasibətlərinin möhkəmlənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb .


  • Yazılıb
  • da (də) 2014 Apr 19