Tarix : 2014 Apr 15
Kod 42539

Xəzər Əməkdaşlıq Təşkilatı"nın təsis edilməsi təklifdir

Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının təsis edilməsi sahilyanı ölkələrin potensiallarını neçə tərəfli əməkdaşlıqların inkişafı istiqamətində birləşdirə bilər

Arannews - İran İslam Respublikası "Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatı"nın təsis edilməsini istəyib .

İranın səfiri və İran İslam Respublikasının sahilyanı ölkələrin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə Moskvada keçirilən Beynəlxalq Xəzər Dialoqu iclasındakı nümayəndəsi Mehdi Sənayi deyib: Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının təsis edilməsi sahilyanı ölkələrin potensiallarını neçə tərəfli əməkdaşlıqların inkişafı istiqamətində birləşdirə bilər .

Sənayi xarici işlər nazirləri iclasının gələn həftə və Xəzəryanı ölkələrin dördüncü sammitinin cari ilin sentyabrında Rusiyanın Həştərxan şəhərində keçiriləcəyini xatırladaraq, deyib: Xəzər hövzəsində sülh və təhlükəsizliyin təmin edilməsi yalnız sahilyanı ölkələrin birliyi və əməkdaşlığı yolu ilə mümkün olan bir işdir. Regiondan kənar qüvvələrin iştirakı isə yeni təhdidlərin, gərginliklərin, ifratçılığın, terrorizmin və qaçaqmalçılığın genişlənməsindən başqa yaxşı heç nə vəd etmir .


  • Yazılıb
  • da (də) 2014 Apr 15