Tarix : 2014 Apr 15
Kod 42537

İran və Azərbaycan muxtəlif məsələlərlə bağlı eyni mövqeyi böyük əhəmiyyət kəsb edir

İranın müdafiə naziri general-mayor Dehqan Azərbaycanın müdafiə naziri ilə görüşdə iki ölkənin müxtəlif dini - tarixi və mədəni ortaqlıqlarına o cümlədən iki ölkə xalqlarının dostcasına və qardaşcasına olan münasibətlərinə işarə edib

Arannews - Azərbaycanın müdafiə naziri İranın müdafiə nazirilə paytaxt Tehranda görüş keçirib .

İranın müdafiə naziri general-mayor Dehqan Azərbaycanın müdafiə naziri ilə görüşdə iki ölkənin müxtəlif dini - tarixi və mədəni ortaqlıqlarına o cümlədən iki ölkə xalqlarının dostcasına və qardaşcasına olan münasibətlərinə işarə edib .

Dehqan bu haqda deyib ki, İran və Azərbaycanın regional və beynəlxalq məsələlərlə bağlı eyni mövqeyi böyük əhəmiyyət kəsb edir .

"İran Azərbaycanın müdafiə sahəsində ehtiyaclarını təmin etməyə hazırdır" deyən iranlı nazir iki ölkənin əlaqələrinin qardaşlıq üzərində qurulduğunu deyib .

İranın müdafiə naziri həmçinin deyib ki, konstruktiv əməkdaşlıqlar və qarşılıqlı münasibətlərin gücləndirilməsi iki ölkə sərhədlərində əhatəli stabillik və dincliyin bərqərar edilməsinə kömək edəcək

Azərbaycanın müdafiə naziri Zakir Həsənov də terrorizm və ekstremizm təhlükəsinə işarə edərək deyib: "Region xalqları terrorizm məsələsinə ciddi yanaşmaqla regionda və dünyada onun kökünün kəsilməsini gündəmdə qərar verməlidirlər ."

Zakir Həsənov həmçinin ölkəsinin İranın sülhməramlı nüvə fəaliyyətini dəstəklədiyini bəyan edib .

O habelə İranın beynəlxalq təşkilatlarla nüvə sahəsində razılığla bağlı deyibki, müşətərk fəaliyyət proqramı çərçivəsində İranın beynəlxalq təşkilatlarla əməkdaşlığı yekun nüvə razılaşmasının imzalanmasına gətirib çıxaracaq .

Qeyd edək ki, Zakir Həsənov iranlı həmkarının rəsmi dəvəti ilə bu gün səhər çağı nümayəndə bir heyətin başında Tehrana daxil olub.


  • Yazılıb
  • da (də) 2014 Apr 15