Tarix : 2014 Apr 14
Kod 42530

Əliyev İranda təhlükəsizlik ardınca

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehrana səfəri və onun İran İslam Respublilkasının ali məqamlı şəxsiyyətləri ilə görüşməsinə müxtəllif yönüm və ölçülərdən yanaşmaq olar. Bu görüşdə iki ölkə başçıları arasında razılaşma sənədləri imzalandı. Habelə, İran-Azərbaycan ortaq iqtisadi komissiyasının işə başlaması barədə razılıq əldə olundu. Bu razılaşmaların ikitərəfli iqtisadi münasibətlərin sənaye, ticarət, transport, turizm və s. kimi sahələrdə genişlənməsinə səbəb olsa da belə nəzərə gəlir ki, İlham Əliyevin İrana səfərində ümdə məqsədi iqtisadi münasibətlərin genişlənməsi olmamışdır. Həqiqətdə onun əsas narahatlığı rusların Krımı Rusiyaya birləşdirməsindən sonra yeni nəzm olaraq bütün Avrasiyanı özünə birləşdirmək niyyətindən doğmuş Azərbaycan Respublikasının təhlükəsizliyi olmuşdur.

Son vaxtlar Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Rusiya mətbuatına müsahibəsində deyib ki, Azərbaycan və Ermənistan heç vaxt Qarabağ məsələsində razılaşmaya gəlməyəcəklər. Ona görə də Qarabağı Rusiyaya birləşdirmək lazımdır. O deyib ki, bu mövzu gerçəkləşdiyi surətdə ermənilər inciməyəcək və Azərbaycan da reallığı qəbul etməyə məcbur olacaq.

Moskva Beynəlxalq Universitetinin professoru və Avrasiya Hərəkatının sədri, habelə Avrasiya İttifaqı təklifinin banisi Aleksandr Dugin Azərbaycanın BMT-də Ukraynanın ərazi bütövlüyünə səs verməsini Rusiyaya qarşı yanlış addım kmi dəyərləndirib və bidirib ki, bu, ölkələrin münasibətlərində əks olunacaq: “Bakı bu hərəkətinin cəzasını çəkəcək, həm də çox ciddi. Bir də təkrarlayıram: Azərbaycanın ərazi bütövlüyü Rusiyadan asılıdır. Və Rusiya öz qonşularının Ukrayna məsələsindəki davranışını ciddi şəkildə izləyir. İndi biz Ukrayna ilə haqq-hesabı çürüdək, sonra baxacağıq ki, kim dostumuzdur, kim düşmənimiz. Bu məsələ elə-belə qalmayacaq”.

O aşkar olaraq bildirib ki, “Azərbaycann ərazi bütövlüyünü qorumaq istəyənlər Rusiyanın Krımdakı hərəkətlərinə dəstək verməlidirilər. Bu, Azərbaycanın özünə sərfəli olacaq. Amma Bakı ABŞ-ın və Kiyev xuntasının tərəfini tutsa, bunun axırı yaxşı qurtarmayacaq. Hazırda Rusiya diqqətlə izləyir ki, postsovet məkanında kim ona dostdur, kim düşmən. Və buna uyğun olaraq da atacağı addımları müəyyənləşdirir. Özünüz də bilirsiniz ki, mənim proqnozlarım adətən doğrulur”.

Son günlər Rusiya rəsmilər və təhlilçiləri tərəfindən açıqlanan fikirlərin hamısı Bakının regionda ağır problemlə üzləşməsini göstərir. Belə bir şəraitdə İ. Əliyevin Tehrana səfərinin təkcə iqtisadi aspektləri bağlı ola bilməz. O, öz ətrafındakı məsələləri çox yaxşı dərk etmişdir, ona görə də Tehran-Bakı arasındakı təhlükəsizlik əlaqələrinin artırılmasını öz müzakirələrinin önündə qərar vermişdir.

Qabaqlar Bakının xarici siyasəti bəzi vaxtlar İran və Azərbaycanı qarşı-qarşıya qoymasına baxmayaraq, belə nəzərə gəlir ki, hazırda Azərbaycan İrandan Qarabağ konfliktinin həllində daha fəal rol ifa etməsini istəyir. Azərilər yaxşı bilirlər ki, İran İslam Respublikasının Qarabağ konflikti qarşısında siyasəti həmişə sülh və barışıq yolunu tutmuşdur, regionda sülh və tarazlıq yaranmasına çalışmışdır. Habelə azərilər İranın inkişafını və dünyadakı geosiyasi durumunu yaxşı anlayırlar. Bu ölkənin güc və resurslarına diqqət etməklə Qarabağ münaqişəsinin həll olunmasında İranın fəal roluna ümidvardırlar. Halbuki, ABŞ və Avropanın Gürcüstan və Krım məsələlərində Rusiyanın qarşısında aciz qalmağı Azərbaycana sübut etdi ki, qərbə arxayın olmaq olmaz. Azərilər bir tərəfdən regionda baş verən hadisələrə görə qərbə ümidlərini itiriblər, digər tərəfdən də hər gün Rusiya tərəfdən artan təhdidlərlə üzləşirlər. Bu üzdən də ölkənin təhlükəsizliyinin təmini və Qarabağ münaqişəsinin həlli yolunu İrana yaxınlaşmaqda görürlər.

Bu arada belə nəzərə gəlir ki, İran İslam Respublikası xarici siyasətlərindəki mövcud imkanlarına və regiondakı gücünə, habelə Moskva ilə yaxın münasibətlərinə diqqət etməklə Bakıya qarşı yönəlmiş təhdidləri aradan qaldılmasında təsirli rol ifa edə bilər. Habelə, İran Qarabağ münaqişəsinin həllində daha həssaslıq göstərə bilər və münaqişənin hər iki tərəfi ilə öz əlaqələrini genişləndirməklə Qafqaz regionunun təhlükəsizliyi məsələsində təsirli tərzdə rolu ola bilər.

Şüeyb Bəhmən- arannews


  • Yazılıb
  • da (də) 2014 Apr 14