Tarix : 2014 Apr 08
Kod 42432

Azərbaycan Ordusunun 3 hərbçisi ölüb,4-də yaralanıb

Azərbaycanın müdafiə naziri cəbhə xəttində baş verən faciəni araşdırmaq üçün hadisə yerinə gedib

Arannews - Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib.

 Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində mina partlayıb, 3 hərbçi ölüb, 4 hərbçi yaralanıb .

hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Səngər bərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev həlak olub.

Ordumuzun daha bir neçə hərbçisinin ağır yaralandığı bildirilir.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində yaralanan hərbçilərin adı məlum olub.

hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib.

Hadisə zamanı dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub.


  • Yazılıb
  • da (də) 2014 Apr 08