Tarix : 2014 Apr 06
Kod 42402

Ermənistan Azərbaycandan qaçan ailəyə siyasi sığınacaq verdi

bu barədə Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeganyan açıqlama verib

Arannews - Ermənistan Azərbaycandan qaçan ailənin siyasi sığınacaq istəyini təmin edib. erməni qaynağınin verdiyi məlumata görə, bu barədə Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeganyan açıqlama verib. “Onların xahişi təmin edilib, ailə qaçqın kimi tanınıb və ona Ermənistanda sığınacaq verilib”, - deyə qurum rəsmisi bildirib .

Xatırladaq ki, bu il yanvarın 29-da erməni-gürcü sərhədindəki “Baqrataşen” gömrük məntəqəsinə Bakı sakini, 1976-cı il təvəllüdlü Cavid Orucov öz həyat yoldaşı və üç uşağı ilə müraciət edərək Ermənistandan siyasi sığınacaq istəmişdi .

Orucov iddia eləmişdi ki, guya erməni əsilli arvadı Roza ilə ailə qurduqdan sonra Azərbaycanda təqiblərlə üzləşib. Lakin Azərbaycanda onun bu iddiaları öz təsdiqini tapmamış, hətta Orucovun doğmaları belə, onun haqda müsbət fikir söyləməmişdilər.


  • Yazılıb
  • da (də) 2014 Apr 06