Bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhfəsində bildirib
Arannews - Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş baş tutub. Bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhfəsində bildirib .
“Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş başa çatdı, sabah Vaşıngtona gayıdıram” – həmsədr bildirib .
Qeyd edək ki, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Xarici işlər nazirləri məhdud çərçivədə və geniş tərkibdə görüşlər keçiriblər.