Tarix : 2015 Sep 22
Kod 46499

İran ixracatçıları Bakıya gedəcək

“İki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 2 milyard dollara çatmalıdır”.

AranNews- Noyabrın 11-dən 13-dək Bakıda neft-qaz və neft-kimya sənayesi, hidroenergetika, inşaat sənayesi və İranın mühəndis-texniki xidmətlərinə həsr edilmiş birinci ixtisaslaşdırılmış sərgi keçiriləcək.
“İran-layihə” adı ilə həyata keçiriləcək sərgidə aparıcı İran şirkətləri, yerli istehsalçılar və ixracatçılar, həmçinin şəxsi sahibkarlar iştirak edəcək.
Bakıda keçiriləcək İran sərgisinin icraçı direktoru Həsən Mortadji İranla Azərbaycan arasında beş sənədin 2014-cü ildə Azərbaycan və İran arasında imzalanmasını xatırladıb.
O bildirib ki, hər iki ölkə əmtəə dövriyyəsinin artımına və ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə çalışır.
Onun sözlərinə görə, İranla Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 2 milyard dollara çatmalıdır.
“Keçən il Azərbaycana İran ixracının həcmi 520 milyon dollar olub, amma İranın rabitə və informasiya texnologiyaları nazirinin və Bakıda İran səfirinin bəyanatlarına əsasən deyə bilərik ki, iki ölkənin arasında əmtəə dövriyyəsinin həcmi ildə 2 milyard dollar səviyyəyə çatmalıdır”.
H.Mortadji İran ixracatçılarının Azərbaycan bazarında genişlənmələri üçün aktiv səylərini qoruduqlarını qeyd edib:
“Azərbaycanda son illərdə mənzil sahəsində reallaşdırılan böyük layihələr və yol tikintisinin sayı əhəmiyyətli dərəcədə artıb, İran ixracatçıları Azərbaycan bazarına öz məhsulunun çatdırılmalarının genişləndirilməsi məqsədi ilə aktiv səylərini qoruyurlar”.

  • Yazılıb
  • da (də) 2015 Sep 22