Tarix : 2015 May 16
Kod 45905

Ermənistanda zavod işçilərinin etiraz aksiyası davam edir

İrəvanda hökumət binasının qarşısında "Nairit" zavodunun keçmiş əməkdaşlarının ikigünlük oturaq etiraz aksiyası bu gün də davam edib.

AranNews- bu haqda Ermənistan KİV-i məlumat yayıb. Aksiya iştirakçıları hökumətdən ödənilməyən əmək haqlarının verilməsini, uşaqlarının təhsil haqqının ödənilmə müddətinin uzadılmasını və bu kimi başqa sosialyönlü 9 tələb irəli sürüblər.
Qeyd edək ki, "Nairit" zavodu maliyyə çatışmazlığı ucbatından işləmir. Bu günlərdə Ermənistanın baş naziri Yervand Zaxaryan müəssisənin işə düşməsi üçün 300 milyon dollar maliyyə vəsaitinin lazım olduğunu bildirmişdi.

  • Yazılıb
  • da (də) 2015 May 16