Tarix : 2015 Mar 22
Kod 45605

Türkiyə Ukraynaya 50 milyon dollar kredit verəcək

Ərdoğan bildirib ki, Türkiyə Ukraynaya məcburi köçkünlər üçün 10 milyon dollarlıq humanitar yardım da ayırıb:

AranNews-ın Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, Ukraynada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib : “Bunu qonşuluğumuz və strateji tərəfdaşlığımız üçün vacib addım hesab edirik, bu yardımların dostlarımız üçün xeyirli olmasını diləyirəm ”.
Türkiyə prezidenti vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 6 milyard dollar olub: “Hədəfimiz bu rəqəmin 2017ci ildə 10 , 2023 -cu ildə 20 milyard dollar olması ilə bağlıdır."

  • Yazılıb
  • da (də) 2015 Mar 22