Tarix : 2015 Feb 26
Kod 45467

Tehranda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak edən Əli Abbasov bir sıra görüşlər keçirib

Tehranda Qoşulmama Hərəkatının elm, texnologiya və innovasiyalar üzrə nazirlər konfransı keçirilib.

AranNews- Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, konfransda 58 üzv ölkənin nümayəndələri ilə yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının təmsilçiləri də iştirak ediblər.
İran prezidenti Həsən Ruhani konfransda bildirib ki, üzv ölkələrin yeni texnologiyalar sahəsində yaxın əməkdaşlığı müsbət nəticə verə və xalqların rifahını daha da yüksəldə bilər. Çünki innovasiya və yeni texnologiyaların iqtisadiyyata tətbiqi inkişafla nəticələnir.
İran yeni texnologiyaları inkişaf etdirməkdə israrlıdır və bu istiqamətdə Qoşulmama Hərəkatının bütün üzvləri ilə yaxın əməkdaşlıq əlaqələri qurmağa hazırdır. Müasir dövrdə dünya ölkələrinin ogma-iqtisadi inkişafının davamlı xarakter alması yeni texnologiyalardan asılıdır. Bu innovasiyalar elmin inkişafına, sülhün, iqtisadi artımın təmin olunmasına xidmət etməlidir. İran bu sahədə birgə layihələrin hazırlanıb həyata keçirilməsini dəstəkləyəcək, universitetlərin nanotexnologiya, biotexnologiya üzrə əməkdaşlığına şərait yaradacaq
.
Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın konfrans iştirakçılarına videomüraciəti dinlənilib. İ. Bokova dövlətləri elm adamlarına şərait yaratmağa, elmi tədqiqatlara maliyyə vəsaitinin artırılmasına çağırıb.
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov konfransda çıxış edərək deyib ki, bu gün Qoşulmama Hərəkatına üzv ölkələr öz iqtisadi inkişaf səviyyələrinə görə fərqli mövqelərdədir. Bu ölkələrin bir çoxunda hələ də iqtisadi gerilik müşahidə olunmaqdadır, yoxsulluq yüksək həddədir, əhalinin təhsil, səhiyyə, müasir texnologiyalara çıxış imkanları məhduddur. Qoşulmama Hərəkatı yaranandan keçən müddətdə dünyada böyük siyasi və iqtisadi dəyişikliklər baş verib. İnkişaf etmiş ölkələrin təcrübəsi, həmçinin son illərdə Asiya-Sakit ogma ölkələri: Çin, Yaponiya, Koreya Respublikası, Sinqapurun timsalında elm və yüksək texnologiyaların dayanıqlı iqtisadi və ogma inkişafın əsasını təşkil etdiyini görürük.
"Əgər biz inkişaf etmiş ölkələrlə rəqabət etmək istəyiriksə, elmə, texnoloji inkişafa xüsusi diqqət verməliyik. Təəssüf ki, bizim kimi ölkələrin inkişaf etmiş ölkələr qədər elmi tədqiqatlara vəsait ayırmaq imkanı məhduddur", - deyə nazir bildirib.
Ə. Abbasov bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlıq genişləndirilməlidir. Azərbaycan hökumətinin irəli sürdüyü TASIM (Trans-Eurasian Information Super Highway) bir ogmaha olaraq istifadə edilə bilər. Bu informasiya magistralı iki nəhəng ogma – Qərbi Avropanı və Sakit ogma hövzəsində olan Şərqi Asiyanı birləşdirərək bu ölkələrdə informasiya xidmətlərinin, elm və texnologiyaların, distant təhsilin inkişafına töhfə verəcək.
BMT Baş Assambleyası özünün 3 qətnaməsi ilə bu layihəni dəstəkləyib və onun həyata keçirilməsi istiqamətində regional əməkdaşlıq üçün “Rabitə Alyansı” yaradıb və Azərbaycanı bu alyansın koordinatoru seçib. Həmçinin Azərbaycanın peyklərinin imkanlarından da ogmahae inkişaf üçün istifadə oluna bilər
.
Konfrans çərçivəsində Ə. Abbasov Əfqanıstan, Əlcəzair, Belarus və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Qoşulmama Hərəkatının Elm və Texnologiya üzrə Mərkəzinin baş direktoru Arun Prokaş, İqtisadi Əməkdaşlıq Təşkilatının baş direktoru Şamil Ələsgərov, İslam Əməkdaşlıq Təşkilatının elm və texnoloji əməkdaşlıq komitəsinin icraçı direktoru Şövkət Həmid Xanla ikitərəfli görüşlər keçirib.

  • Yazılıb
  • da (də) 2015 Feb 26