Tarix : 2014 Nov 13
Kod 44688

Şərqi Azərbaycan ostanının Azərbaycan respublikasi- ilə ticarət əlaqələrin həcmi

Şərqi Azərbaycan valisinin müavini doktor Şəbistəri bu ostanın Az. R. ilə ticarət dövriyyəsi və iqtisadi əlaqələrinin mövcud vəziyyətini izah edib.

AranNews- Şəbistəri deyib: Ümumilikdə hazırda Az. R-nin İran İslam Respublikası ilə ticarət dövriyyəsinin həcmi 500 milyon dollar civarında olubdur. Lakin bəzi hallarda bu ticarət dövriyyəsinin həcmi 600 milyon dollara qədər yüksəlib. Lakin bu miqdarın təqribən 20 faizi Şərqi Azərbaycan ostanına aid olub.

Şərqi Azərbaycan valisinin müavini müsahibəsinin digər bir hissəsində "azərbaycanlı iş adamlarının hansı sahədə investisiya və sərmayə qoymaları üçün imkan və potensiallar mövcuddur?" irəli sürülən suala cavab olaraq deyib: İİR - da mövcud dinamik potensialları nəzərə alaraq Az. R-nin iş adamlarının İranda investisiya qoymalar üçün şərait mövcuddur.

  • Yazılıb
  • da (də) 2014 Nov 13