Tarix : 2014 Nov 02
Kod 44552

nəqliyyat böhranı,Türkiyə diqqətini Azərbaycana tərəf çevirib

İran və Türkiyə arasındakı tranzit qiyməti haqq-hesabından sonar, İran türk yük maşınlarına yanacaq satmayacağını bildirib.

AranNews- İranın bu qərarından sonra Türkiyə diqqətini Azərbaycana tərəf çevirib. 2015-ci ilin birinci yarısından etibarən Türkiyə Orta Asiya respublikalarına Azərbaycan üzərindən keçib gedəcək.   

Beynəlxalq Nəqliyyat Dərnəyinin sədri Fatih Şener bildirib ki, rəsmi danışıqlardan sonra İran üzərindəki tranzit tamamilə Azərbaycan və Türkmənistan üzərinə keçəcək.   
Şener: “Keçən həftə Azərbaycan tərəfi ilə görüşdük. Xəzər dənizi üzərində Orta Asiya respublikalarına getməklə bağlı marşrut müəyyən etdik. Bizim üçün dörd bərə ayırdılar. 2015-ci ildə İran üzərindən keçən bütün nəqliyyatı bura transfer edəcəyik. Qiymətlər baxımından da Azərbaycan İrandan daha sərfəlidir”.   
Şener İranın benzin satmaq istəməsini dünyada analoqu olmayan qərar adlandırıb. O deyib: “Əslində İranın verdiyi qərar bizə təsir etmir. Hətta işimizə də yarayır. İran bizə yanacaq satmadığı halda yük maşını depolarını möhürləyir.
Bu halda biz yanacağı Türkmənistandan alırıq. İranda yanacağın litrinin qiyməti 18 sentdirsə, Türkmənistanda 1 litr yanacaq 0.14 sentdir”.  
O, iranlıların Türkiyədə yanacaq qaçaqmalçılığı ilə məşğul olduğunu deyib. "İrandan çıxıb Tiflisə gedəcək yük maşını Tehran-Bakı-Tiflis marşurutu əvəzinə Türkiyə üzərində keçir. 1100 km əvəzinə 1790 km qət edir. İran yük maşınlarının uzun marşrut seçməsi Türkiyədə yanacaq alveri ilə məşğul olmasıdır. Tiflisə gedən yük maşını oradan litri 1 dollara yanacaq alıb yenidən gətirib Türkiyədə satır. Beləliklə bir sürücü Tehrana qayıdanda 2 min dollar qazancı olur".    
Türk tərəfi İranın türk şoferlərinə Türkiyədəki qiymətlərlə yanacaq satma qərarını məntiqsiz sayıb. Şener deyib: “İran şəhərlərində toyuqlu plovun qiyməti də ucuzdur. Toyuqlu plova da qiymət fərqini ödəməliyikmi?” 

  • Yazılıb
  • da (də) 2014 Nov 02