Tarix : 2014 Oct 30
Kod 44532

Azərbaycan Respublikasi Maliyyə Nazirliyi gələn ilin büdcə proqnozunu açıqlayıb

Maliyyə Nazirliyinin saytında 2015-ci ilin dövlət büdcəsinin icra proqnozunu verib.

AranNews- Sənəddə gəlirlər 19 mlrd 438 mln manat (ÜDM-in 35,5%-i), xərclər hissəsi 21,1 mlrd manat (35,3%) proqnozlaşdırılır.

Dünya bazarında neft ucuzlaşsa da, dövlət büdcəsinin gəlirləri 2014-cü illə müqayisədə 1 mlrd 54 mln manat və ya 5,7%., xərclər 1 mlrd 37 mln manat və ya 5,2% artırılıb. 
Büdcə yükü yenə Neft Fondunun üzərinə düşür – 10 mlrd 388 mln manat və ya 53,44%. Vergilər Nazirliyi 7 mlrd 112 mln manat (36,59%), Gömrük Komitəsi 1,59 mlrd manat (8,18%) təmin etməlidir.
Dövlət büdcəsinin kəsiri 1 mlrd 662 mln manat proqnozlaşdırılır.
Dövlət büdcəsinin kəsirinin maliyyələşməsi qiymətli kağızlar yerləşdirilməsi, özəlləşmədən gəlirlər, xarici qrantlar və xəzinə qalığı hesabına təmin ediləcək. Dövlət büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 2015-ci ildə 2,8% olacaq. 
İcmal büdcənin gəlirilər hissəsi 20 mlrd 716,8 mln manat, xərcləri 25 mlrd 911 mln manat olacaq. İcmal büdcənin gəliriləri 2014-cü illə müqayisədə 1 mlrd 269,1 mln manat və ya 5,8% azalacaq, xərclər 1 mlrd 467,1 mln manat və ya 6% artacaq.
Naxçıvan MR-nın gəlirləri və xərcləri 366,7 mln manat olacaq. Bu, 2014-cü illə müqayisədə 16,2 mln manat və ya 4,6% çoxdur. Xərclər 35,7 mln manat və ya 10,8% çox olacaq. 
DSMF-nin büdcə xərcləri 3 mlrd 56,3 mln manat nəzərdə tutulub. Bu, bu ilin proqnozundan 127,8 mln manat və ya 4,4% çoxdur.
ARDNF-nin xərcləri 12 mlrd 304,8 mln manat proqnozlaşdırılır. Bu, 2014-cü illə müqayisədə 1 mlrd 13  mln manat və ya 9% çoxdur.
2015-ci ilin icmal büdcəsinin kəsiri 5 mlrd 194,1 mln manat proqnozlaşdırılır. ÜDM-də kəsirin xüsusi çəkisi 8,7% olacaq .

  • Yazılıb
  • da (də) 2014 Oct 30