Tarix : 2014 Oct 29
Kod 44524

Azərbaycan iqtisadiyyatı geriləyib

Azərbaycan iqtisadiyyatı 189 iqtisadiyyat arasında 80-ci pilləni tutur

Arannews - Biznes qurmaq imkanlarını araşdıran Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası yeni hesabat açıqlayıb.

Doing Business-2015 reytinq cədvəlində (Reytinq) Azərbaycan iqtisadiyyatı 189 iqtisadiyyat arasında 80-ci pilləni tutur.

 Azərbaycan ötən illə müqayisədə 10 pillə geriləyib. Doing Business-2014 hesabatında ölkə 70-ci yerdə dayanırdı.

Keçmiş SSRİ məkanı ölkələrindən Gürcüstan 15-ci, Estoniya 17-ci, Latviya 23-cü, Litva 24cü pilləni tutur.

Ermənistan 45-ci, Belarus 57-ci, Moldova 63-cü, Qazaxıstan 77-ci, Ukrayna 96-cı, Özbəkistan 141-ci, Tacikistan 166-cı yerdə qərarlaşıb. 

  • Yazılıb
  • da (də) 2014 Oct 29