Tarix : 2014 Oct 13
Kod 44310

Rublun Aşaği Duşməsinin Azərbaycana təsiri

Son günlər Rusiyada milli valyuta olan rublun kursunun aşağı düşməsilə əlaqədar yaranmış təlaşın ilk əlamətləri sezildi. Ancaq mütəxəssislər deyirlər ki, problemin miqyası 1998-ci və ya 2008-ci il səviyyəsində deyil. Bəs, görəsən, bu prosesin Azərbaycan və azərbaycanlılara nə kimi təsiri olacaq?

iqtisadçı ekspert Natiq Cəfərli və Vüqar Bayramova :

Natiq Cəfərli:

"Rublun qiymətdən düşməsinin bizə birbaşa dəxli yoxdur, amma nəzərə alsaq ki, Rusiyada 1,5-2 milyon soydaşımız çalışır və onlar hər il 2 milyard dollara yaxın ailələrinə pul göndərir, o cəhətdən rublun qiymətdən düşməsi, Rusiyadakı iqtisadi çətinliklər bizimkilərə ciddi təsir göstərəcək və onların ölkəyə göndərdikləri vəsait azalacaq. Bu isə əsasən, regionlarda bu pulla dolanan əhalinin sosial vəziyyətinin pisləşməsi ilə nəticələnəcək".

 Vüqar Bayramov:

"Avropa İttifaqının Rusiyaya sanksiyalarından sonra rublun məzənnəsi dollara, avroya, eyni zamanda manata nisbətdə aşağı düşüb. Bu o deməkdir ki, Rusiyada istehsal olunan və digər ölkələrə ixrac edilən məhsulların dollara nisbətdə dəyəri azalır. Nəzərə alsaq ki, əvvəllər 30 rubla istehsal olunan rus malının dəyəri 1 dollar idisə, hazırda 80 sentdən aşağıdır. Praktik olaraq, bu artıq Rusiyada istehsal olunan malların qiymətinin azalmasına və onların ixrac potensialının artmasına gətirib çıxarır. Bu baxımdan məzənnənin aşağı düşməsi Azərbaycana göndərilən Rusiya mallarının qiymətlərinə təsir göstərməkdədir. Növbəti aylarda biz bunu daha aydın şəkildə görəcəyik. Artıq Rusiya istehsalı olan bəzi tikinti materiallarının qiymətində endirimlər müşahidə olunur. Ötən il Rusiyada yaşayan azərbaycanlılar ölkəmizə 1 milyard dollar vəsait göndəriblər. Rublun məzənnəsi aşağı düşdükdən sonra isə bu ölkədə yaşayan həmyerlilərimizin də biznesində durğunluq müşahidə ediləcək. Bu baxımdan onların Azərbaycanda göndərdikləri vəsaitlərin məbləğində azalma müşahidə ediləcək. Bütövlükdə 2014-cü ildə azərbaycanlıların Rusiyadan göndərdikləri vəsaitin məbləğinin 20 faiz azalacağı və 800 milyon dollara düşəcəyi proqnozlaşdırılır".

  • Yazılıb
  • da (də) 2014 Oct 13