Tarix : 2014 Sep 18
Kod 43997

olkədə əcili tədbirlər görmək əvəzinə qiymət artımını ört-basdır etməyə çalışırlar

boyu davam edən bahalaşma hər gün bir qədər də artır. Bazarlar keyfiyyətsiz məhsullarla dolu olsa da alıcı qıtlığı elə ilk baxışdaca hiss olunur. Xüsusilə kənd təsərrüfatı məhsullarının qiymətlərində müşahidə olunan kəskin bahalaşma əhalini çətin duruma salıb. Cüzi əmək haqqı ilə dolanmağa məcbur olan aztəminatlı insanlar üçün isə indi bazara getmək “intihara” bərabərdir. Mövsüm tərəvəzlərinin qiymətləri sadə vətəndaşlar üçün əlçatmaz həddə çatıb.
Bahalaşmanın bu qədər total həddə olmasına baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyi inadla iddia edirdi ki, ölkədə heç bir bahalaşma müşahidə olunmur. Lakin, bu günlərdə “insafa” gələn Dövlət Statistika Komitəsi isə məlumat verdi ki, düzdür, bahalaşma var, ancaq bu “laaaap cüzidir”. Adamın bazarlardakı qiymətlərlə DSK-nın verdiyi rəqəmləri tutuşduranda heyrətdən “tükləri biz-biz olur”.
Bahalşmanın əsas səbəbi kimi Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Azərbaycan bazarındakı kənd təsərrüfatları məhsullarının bu ölkəyə daşınması göstərilir. Özü də cüzi bahalaşmadan söhbət getmir. Bir neçə günün ərzində kənd təsərrüfatı məhsullarının qiymətində əhəmiyyətli bahalaşma olub.
Faizlə götürsək, qiymətlərin bir neçə 100 faiz bahalaşdığını söyləmək olar. Rəsmilər isə hər vəchlə bunu ört-basdır etməyə çalışır. Hakimiyyət təmsilçiləri iddia edir ki, bahalaşmanın Rusiyaya dəxli yoxdur. Digər tərəfdən onların iddialarına görə, qiymət sıçrayışı hiss edilməz səviyyədədir.
Dövlət Statistika Komitəsi isə bahalaşmanı ört-basdır etmək üçün diqqəti istehsalçı qiymətlərə yönəldib. Dövlət Statistika Komitəsinə verdiyi məlumata görə, avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6 faiz bahalaşıb.
Bu sadəcə vətəndaşları çaşdırmaqdan başqa deyil. Vətəndaşlar alış-verişi bağ-bostandan, tarladan, zəmidən etmir. Alış-veriş pərakəndə və topdansatış mərkəzlərindən edilir ki, burada qiymətlərin artım səviyyəsi 2.3 faizdən dəfələrlə çoxdur. Məsələn, əgər pomidorun 1 kiloqramı bir həftə əvvəl 50 qəpik idisə, indi 1 manat 50, bəzi yerlərdə 1 manat 80 qəpikdir. Dövlət Statistika Komitəsi hesablasın görək, bu qiymətlərdəki fərq 2.3 faizdirmi?
Qurumun açıqlaması həmçinin sual doğurur ki, niyə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2.3 faiz artdığı halda satış qiymətlərində bahalaşma yüksəkdir? Bəlkə bu möhtəkirliklə bağlıdır?
  • Yazılıb
  • da (də) 2014 Sep 18