Tarix : 2014 Mar 03
Kod 42156

Azərbaycanda ən çox xarici şirkət türklərə məxsusdur - VİDEO

Ümumilikdə ölkəmizdə 6500-dən çox xarici investisiyalı və birgə müəssisə fəaliyyət göstərir
Tam xarici investisiyalı və birgə müəssisələrin 34%-i qardaş ölkəyə, təxminən 10%-i Böyük Britaniyaya, 7 %-i Rusiyaya, 6%-i İrana məxsusdur. Ümumilikdə ölkəmizdə 6500-dən çox xarici investisiyalı və birgə müəssisə fəaliyyət göstərir. Türkiyə sərmayəçilərinin Azərbaycana belə maraq göstərməsi bir neçə amillə izah olunur. Azərbaycan-Türkiyə İş adamları Birliyinin katibi Kənan Aslanlının fikrincə, bu ilk növbədə iki ölkə arasındakı milli-mənəvi yaxınlıqla bağlıdır. Bu amil biznesə də müsbət təsir edir. Son vaxtlar isə türk iş adamları böyük təcrübəyə malik olduqları xidmət sahəsində aktivləşiblər.

Mütəxəssislərin fikrincə, bu həm də Türkiyə təcrübəsinin yerli iş adamları və şirkətlər tərəfindən mənimsənilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan və Türkiyə arasında işçi icazəsi almaq üçün rüsumun azaldılmasından sonra qardaş ölkənin iş adamlarının ölkəmizdəki fəaliyyətinin daha da genişlənəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycan prezidenti Türkiyəyə səfəri zamanı türk miqrantlar üçün işçi vizasının rüsumunun 1270 dollardan 50 dollara endirildiyini açıqlamışdı./anspress

  • Yazılıb
  • da (də) 2014 Mar 03