Tarix : 2014 Feb 10
Kod 41915

Bəxtiyari: İran və Azərbaycan ticarət münasibətlərinin genişlənməsi maneələrini aradan qaldırmalıdırlar

Biz öz növbəmizdə bu səyi göstərmişik və bu yolda olan hər bir problemi aradan qaldırmağa və iki tərəfin ticarət münasibətlərinin daha da genişlənməsinə kömək etməyə hazırıq

Tehranın Ticarət Palatası sədrinin beynəlxalq məsələlər üzrə müavini Məhəmmədrza Bəxtiyari Trend İnformasiya Agentliyi ilə müsahibədə İran və Azərbaycan Respublikası arasında ticarət münasibətlərinin genişləndirilməsi yolundakı maneələrin aradan qaldırılması istiqamətində səyin göstərilməsini vurğulayıb.

Bəxtiyari əlavə edib: Biz öz növbəmizdə bu səyi göstərmişik və bu yolda olan hər bir problemi aradan qaldırmağa və iki tərəfin ticarət münasibətlərinin daha da genişlənməsinə kömək etməyə hazırıq.

Bəxtiyari ümidvarlıq edib ki, gələcəkdə İran və Azərbaycanın ticarət payı artacaq.

Yeni gömrük statistikalarına əsasən İranın günəş ilinin ilk on ayında Azərbaycan Respublikasına qeyri-neft məhsulları ixracı 400 milyon dollardan çox olmuşdur.

İran İslam Respublikasının Azərbaycan Respublikasına ixracı ötən illə müqayisədə təxminən 4% azalmışdır .

 


  • Yazılıb
  • da (də) 2014 Feb 10