Tarix : 2014 Jan 20
Kod 41716

Hakim ailə yağ biznesinə də əl qoydu

Azərbaycana “Ankor” yağlarını idxal edən məşhur şirkətlərdən biri artıq bu işlə məşğul olmayacaq
Azərbaycana “Ankor” yağlarını idxal edən məşhur şirkətlərdən biri artıq bu işlə məşğul olmayacaq. “Azadlıq”a daxil olan məlumata görə, bundan sonra Azərbaycana “Ankor” yağlarını hakim ailəyə məxsus şirkətlərdən biri idxal edəcək. Məlumatda deyilir ki, bahalaşmadan sonra həmin şirkətə tapşırılıb ki, artıq bu işlə vidalaşmalıdır.

19 ildir Azərbaycana “Ankor” yağı idxal edən şirkət tapşırığa əməl etmək məcburiyyətində qalıb. Məlumatda deyilir ki, oxşar addım Zellandiya yağlarının idxalı ilə bağlı da atılacaq. Yaxın günlərdə Azərbaycana Zellandiya yağları idxal edən ərəb əsilli iş adamı da bu işini itirməli olacaq.

Zellandiya yağlarının idxalı da hakim ailəyə yaxın şirkətlərə tapşırılacaq.
  • Yazılıb
  • da (də) 2014 Jan 20