Tarix : 2014 Jan 07
Kod 41589

Azərbaycanda əhalinin əksəriyyəti ərzağı borcla alır+diaqram

Hökuməti yerdən yerə vuran sorğu: 60 faiz yemək üçün borc alır, hər 5 nəfərdən biri rüşvət verir
Hökuməti yerdən yerə vuran sorğu: 60 faiz yemək üçün borc alır, hər 5 nəfərdən biri rüşvət verir

Sorğunun nəticəsinə görə, Azərbaycanda vəziyyət, hətta Ermənistandan da pisdir

“The Caucasus Research Resource Centers” Cənubi Qafqazdakı 3 keçmiş sovet respublikasında - Azərbaycan, Gürcüstan və Ermənistanda sosioloji sorğular keçirib. “Azadlıq” radiosunun məlumatına görə, sorğuda hər üç ölkədə əhalinin həyat səviyyəsi haqqında suallar öz əksini tapıb. Sorğunu ABŞ-da sosial media üzrə mütəxəssis Katy Pearce öz bloqunda paylaşıb.
2012-ci ildə keçirilən sorğuda suallardan biri “Yemək almaq üçün nə qədər tez-tez borc istəməyə məcbur olursunuz?” olub.
Bu suala “Heç vaxt” cavabını ən çox Ermənistanda veriblər. Bu ölkədə rəyi soruşulanların 47,3 faizi yemək üçün heç vaxt borc almalı olmadığını deyib.
Bu suala Azərbaycanda sorğuya qatılanların 40.1 faizi, Gürcüstanda isə daha azı - 36,5 faizi “heç vaxt” cavabını verib.
Başqa sözlə, bu sorğunun nəticəsinə əsasən, Azərbaycanda yemək üçün borc pula əl açanların sayı Ermənistandan daha çoxdur.
Həmin suala “Hər ay”, yaxud “iki ayda bir” cavabını verənlərin göstəricisində də demək olar, Azərbaycanla Ermənistan eyni olub.
Amma Gürcüstanda sorğuya qatılanlar ərzaq üçün borc almağa Azərbaycan və Gürcüstandakından daha az məcbur olduqlarını deyiblər.


Ümumiyyətlə, “Yemək almaq üçün nə qədər tez-tez borc almağa məcbur olursunuz?” sualına Azərbaycanda respondentlərin 1 faizi cavab vermək istəməyib; 6,7 faiz “bilmirəm” deyib; 1,2 faiz “hər həftə”; 17,1 faiz “hər ay”; 8 faiz “iki ayda bir”; 25,8 faiz “nadir hallarda” cavabını verib.



Təxminən eyni vəziyyət həm də növbəti sualda - “Kommunal xidmətləri ödəmək üçün nə qədər tez-tez borc almalı olursuz?” sualına cavabda yaranıb.
Ermənistanda bu suala “Heç vaxt” cavabını verənlər (62,9 faiz) həm Azərbaycandan (52,2 faiz), həm də Gürcüstandan (47,6 faiz) çox olub.
Bu sorğuda istifadə edilmiş həmin iki sualın cavabından çıxan nəticəyə görə, Ermənistanda əhali öz güzəranından daha çox razıdır.
“The Caucasus Research Resource Centers” hər apardığı sorğuya hər üç ölkədə rüşvətxorluğun vəziyyətinə dair suallar da daxil edib.




Azərbaycanda rəyi soruşulan hər 5 nəfərdən biri (20,1 faiz) son 12 ayda rüşvət verdiyini etiraf edib. Son 1 ildə rüşvət verdiyini deyənlərin sayı ən az Gürcüstanda - 1.5 faiz; ondan bir qədər artığı isə Ermənistanda (6,4 faiz) olub.
  • Yazılıb
  • da (də) 2014 Jan 07