Tarix : 2014 Jan 04
Kod 41554

Suleyman Mikayılov karxanalardan ayda nə qədər haqq alır?

Abşeron yarımadasında yerləşən daş karxanalarının hamısına haqq qoyulub. Bu barədə redaksiyamıza növbəti məlumatı, karxana sahiblərindən biri verib. Sahibkarın sözlərinə görə artıq Qaradağ rayonunun, Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən 250-dən artıq daş karxanasının elektrik enerjisi kəsilib
Arannews - Sahibkarların sözlərinə görə bu barədə göstəriş Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov tərəfindən verilib. Sahibkarlardan bir neçəsi problemlə bağlı Qaradağ Rayon İcra Hakimiyyətində olub. Orada onları icra başçısının müavini qarşılayıb. Müavin daş karxanalarının yenidən işə düşməsi üçün şərtlərini sahibkarlara çatdırıb: “Hər karxanaya əlli min ədəd daş və hər daşkəsən kombayn üçün isə on min manat məbləğində pul tələb etdilər”. Sahibkarın sözlərinə görə icra hakimiyyətinin tələbi ilə razılaşmayıblar: “Biz tələb olunan məbləğin çox olduğunu bildirdik. Hər daş karxanası üçün 50 min ədəd daş olduqca çoxdur. Məsələ burasındadır ki, biz daşın emalına sərf edilən elektrik enerjisinin pulunu cibimizdən ödəməliyik. Bundan əlavə emal olunan daş bizim vəsaitimiz hesabına maşınlara yüklənməlidir. Yəni fəhlələrin pulunu da biz verməliyik. Bunlardan əlavə hər daş kəsən kombayn üçün on min manat haqq verilməlidir. Elə “ucastka” varki orada 3 kombayn işləyir. Həmin sahibkar duran yerdə 30 min manat pul verməlidir. Hazırda ölkədə tikinti getmədiyindən vəziyyətimiz ağırdır. Ona görə tələb olunan məbləği ödəyə bilmirik”. Sahibkarın sözlərinə görə məsələ ölkə mətbuatında işıqlandırıldıqdan sonra qoyulan haqq nisbətən azaldılıb: “Dünən bizə xəbər göndərdilər ki, hər karyer iyirmi min daş versə bəsdir. Amma kombaynlar üçün nəzərdə tutulan 10 min manatı güzəştə getmirlər”. Sahibkar eyni zamanda daş karxanalarının ciddi şəkildə qeydiyyata alındığını söylədi: “İki gündür vertolyotla Qaradağın üstündən uçub daş karxanalarının qeydiyyatı aparılır. Bir sıra yüksək rütbəli məmurların Qaradağda daş karxanaları var. Həmin karxanalar qeyri-leqal fəaliyyət göstərir. Bizdə olan məlumata görə karxanaların hamısı tələb olunan daşı və məbləği ödəməlidir. Yardımlının icra başçısı Sevindik Hətəmovun da bu ərazidə daş karxanası var. İçra başcısı Suleyman Mikayılovla həmkarı Yardımlının icra başcısı Sevindik Hətəmovla nüfuz savaşına girib. Xatırladaq ki, Suleyman Mikayılov sabiq deputatın karxanalarının elektrik enerjisini kəsmişdi. Lakin hansısa fövqəl qüvvə Sevindik Hətəmova bu işdə də yardımçı olmuşdu.”. Mövzuya qayıdacağıq.
  • Yazılıb
  • da (də) 2014 Jan 04