Tarix : 2013 Dec 28
Kod 41435

Kürü balığın ovu xəzəryanı ölkələr tərəfindən dayandırılıb

təbiətə kürü balıqlarının artımı və özünü bərpası üçün istirahət vermək lazımdır

Arannews-Xəzəryanı ölkələr 2014-cü ildən kürü balıqlarının ovunun dayandırılmasını razılaşdırıblar .

İnterfaks informasiya agentliyinin verdiyi məlumata görə, Rusiyanın balıqçılıq təşkilatının sədri Aleksandr Savliov bildirib ki, İran, Rusiya, Azərbaycan respublikası, Qazaxıstan və Türkmənistanın müştərək komissiyası ilk dəfə olaraq kürü balıqlarının ovunun müvəqqəti olaraq dayandırılması ilə razılaşıb .

Savliov deyib: təbiətə kürü balıqlarının artımı və özünü bərpası üçün istirahət vermək lazımdır .

Bu rus rəsminin dediyinə görə xəzəryanı ölkələr 5 il müddətinə kürü balıqlarının ovlanmasını dayandırmaq barədə razılaşıblar .

Dünyanın kürü balıqlarının 96%-i Xəzər dənizində yaşayır .

Xəzərdəki kürü balıqları ehtiyatı qeyri-qanuni ovlar nəticəsində son illər ərzində kəskin şəkildə azalıb .


  • Yazılıb
  • da (də) 2013 Dec 28