Tarix : 2015 Oct 01
Kod 46534

Qədir Xum bayramınız mübarək

Əziz Müsəlmanlar bu gün. Allahın Rəsulu özündən sonra öz yerinə canieşin və xəlifə təyyin etdiyi gündür.

AranNews- Hicri qəməri təqviimi ilə 10 cu il Zil Həccə ayının 18 də Allahın Rəsulu Həcc ziyarətindən qayədarkən Cohfə adlı yerdə ona vəhy olunur. Maidə 67. "Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifə-sini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz. "Bu vəhyidən dər hal sonra Allahın Rəsulu Həc ziyarətindən qayıdan müsəlmanları bir yerə yığaraq Allaha tərəfindən ona nazil olan ayəni oxuyur və ona əmr olunan işi görür. Onun həmin yerdə gördüyü iş Əlinin Əlindən tutub yuxarı qaldıraraq "Mən hərkəsin rəhbəriyəm bu Əli onun rəhbəridir" deyir. Əlini öz yerinə təyyin edəndən sonra hələ təri soyumamış Qurani kərimin sonuncu ayəsi nazil olur. Allah Taala peyğəmbər öz vəzifəsinin yarımçıq qalmış hissəsini tamamlayandan sonra buyurur: Maidə 3 "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!"
Bu iki ayənin nazil olması onların arasında baş verən hadisənin yəni Peyğəmbərin Əlini xəlifə təyyin etməsinin nə dərəcədə mühim bir iş olduğu və bu təyyinatı Allah tərəfindən olmasını sübut edir. Yəni Peyğəmbər Əlini xəlifə təyyin etməsəydi nə Peyğəmbərlik vəzifəsini tamamlamış olurdu nədə İslam bir din olaraq kamilləşmiş olurdu.
Bu bir Quran məntiqidir. sadə bir məntiq, hamının başa düşə biləcəyi bir məntiq.
“Qədir-Xum” maarif, elm, mərifət və hikmət dəryasıdır. Şəriət, mənəviyyat, mədəniyyət, hikmət, əxlaq, əhkam, kəlam, təfsir və insanı səadətə qovuşduracaq olan hər şeyə malikdir. Ancaq əfsuslar olsun ki, Qədir-Xum günəşinin önünü çox vaxt qara buludlar tutmuş və insanlar bu günəşin həyatverici işığınından lazımınca bəhrələnə bilməmişilər və bu günə kimi bu böyük dəryanın ləl və gövhərləri və mahiyyəti ortaya çıxarılmayıb və layiqincə qiymətləndirilməyibdir. Baxmayaraq ki, bu dəryadan qopan güclü dalğaların səxavətli əlləri, hərdənbir qiymətli daş-qaşlardan sahildə oturanlara bağışlamışdır.
Allah Taala bu gözəl bayramı hamımıza müübarək etsin. İnşaallah.

  • Yazılıb
  • da (də) 2015 Oct 01