Tarix : 2015 Sep 22
Kod 46498

Azərbaycanın orta ümumtəhsil məktəblərində hicab problemi davam edir…

prezident İlham Əliyevin, Təhsil Nazirinin dəfələrlə ölkədə hicab qadağası yoxdur deməsinə baxmayaraq bəzi məktəb direktorları səlahiyyətlərini aşaraq şagirdləri dərsə buraxmırlar.

AranNews- Bu barədə redaksiyamıza “Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin üzvü Nahid Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, hər gün hicablı şagirdlərin dərsə buraxılmaması barədə valideynlərdən yaradılan qaynar xəttə şikayət daxil olur.
Görünən budur ki, təhsil müəssisələrinin rəhbərləri dövlətin qanunlarını saymır, ölkə başçısının tapşırıqlarına əməl etmirlər. Əks halda hicablı tələbə və şagirdlər də digərləri kimi rahat təhsil ala bilərdilər.
Hicablı şagirdləri dərsə buraxmayan məktəblərin siyahısını təqdim edirik:

1: Abşeron R. 2 saylı məktəb
2: Mehdiabad 3 saylı
3: Saray 3 saylı
4: Bakı 269 saylı
5:Digah kənd orta məktəbi
6: Gəncə 28 saylı
7: Bakı 49 saylı
8: Bilgəh kənd məktəbi
9: Bakı 72 saylı
10: Bakı 6 saylı
11: Füzuli orta məktəbi (Horadiz)
12: Gəncə 29 saylı
13: Bakı 269 saylı
14: Bakıxanov qəsəbəsi 96 saylı
15: Gəncə 28 saylı
16: Bayıl qəsəbəsi 49 saylı məktəb-lisey
17: Zirə qəsəbəsi, Nüsrət Yaqubov adına 120 saylı məktəb

  • Yazılıb
  • da (də) 2015 Sep 22