Tarix : 2015 Sep 21
Kod 46495

Bu gün İmam Baqirin (ə) şəhadəti günüdür

7 zilhəccə 1436-cı hicri qəməri ili, 21 sentyabr 2015-ci il dünya şiələrinin 5-ci rəhbəri Həzrət İmam Məhəmməd Baqirin (ə) şəhadətinin ildönümü günüdür.

AranNews- İmam Məhəmməd Baqir (ə) imamlığı dövründə islam mədəniyyətinin təbliği, şagirdlərin yetişdirilməsi, səhabələr və insanlara rəhbərliyi, insanlar arasında əziz babasının sünnətlərinin icra olunması və qəsbkar hakimiyyətin diqqətinə doğru rəhbərliyi çatdırmaqdan bir an belə dayanmadı.
Dünya şiələrinin 5-ci imamı nəhayət 114-cü hicri qəməri ili zilhəccə ayının 7-dən 57 yaşında Əməvi xəlifələrindən Hişam Bin Əbdülməlik tərəfindən Mədinədə zəhərlənərək şəhid edildi.
İmam Baqir (ə) Əhli-beyt elmlərinin varisi olduğundan o həzrətin dərsində bütün İslam şəhərlərindən gələnlər iştirak edir, İmamın hüzurundan faydalanır, elmi və fiqhi suallarının həllini o həzrətdən soruşurdular. O həzrətin (ə) elmi məclisləri şöhrət tapmışdı.
“İmam Baqir (ə) imamətdə və xalqı hidayət etməkdə imam Səccadın (ə) varisi idi və bu səbəbdən, bütün İslam alimləri hər tərəfdən ona tərəf axışır və Mədinəyə gələn hər kəs o həzrətin hüzuruna gəlib sonsuz elmindən faydalanardı.” Yenə yazır: “Bir çox fiqh və hədis alimləri imam Baqirin (ə) elmindən faydalanmaq məqsədilə onun hüzuruna gəlirdilər.”
İmam Baqirin (ə) fiqh, əqaid və digər islami elmlərlə bağlı rəvayətləri çoxluq təşkil etdiyindən əhli-sünnə hədis alimləri, o cümlədən, onların ən məşhuru Əbu Hənifənin o həzrətdən hədis nəql etməsinə səbəb olmuşdur. O, əhli-sünnə silsilə sənədləri ilə nəql edilən hədisləri qəbul etmədiyi üçün Əhli-beytdən, məxsusən, imam Baqirdən (ə) çoxlu sayda hədis nəql etmişdir.
AranNews, dünya şiələrinin 5-ci imamı Həzrət İmam Məhəmməd Baqirin (ə) şəhadətinin ildönümü ilə bağlı müsəlmanlara və dünyanın digər azadlıqsevənlərinə başsağlığı verir.

  • Yazılıb
  • da (də) 2015 Sep 21