Tarix : 2015 Sep 21
Kod 46492

Ali Lider müharibə əlilləri ilə görüşüb - FOTOLAR

Müharibə əlilləri Müqəddəs Müdafiə dövründə (İran-İraq arasında 8 illik müharibə) İranın böyük xalqının sınaq dövrünün tablolarıdır və onların ictimaiyyətdəki iştirakı əslində tarixi, maarif, siyasət və beynəlxalq həqiqətləri bəyan edir.



AranNews-
Bu sözləri Ali Lider Ayətullah Seyyid Əli Xamenei "Müqəddəs Müdafiə Həftəsi" ərəfəsində müharibə əlilər və onların ailələri ilə görüşündə bildirib.
müharibə əlillərinin fiziki problemləri və əzab-əziyyətlərinə toxunan Ayətullah Xamenei  bu ağır imtahana görə onların əcrinin yüksək olduğunu bildirib.
Ali Lider bildirib ki, müharibə əlilləri bir tərəfdən diktator Səddam rejimini dəstəkləyən qüdrətlərin cinayətlərini əks etdirir, digər tərəfdən isə belə yüksək məqama layiq insanları yetişdirən və cəbhələrə göndərən İmam Xomeyni (rə) və İnqilabın əzəmətini nümayiş etdirirlər.
Ayətullah Xamenei  müharibə əlillərinin həyat yoldaşlarının səbri və onlara qulluq göstərməkdəki əzab-əziyyətlərini əsil şücaət, qəhrəmanlıq və cihad adlandırıb və müharibə əlillərinin həyat yoldaşları, övladları və yaxınlarına bu böyük mənəvi sərvəti qorumağı tövsiyə edib.
Qeyd edək ki, Ayətullah Xamenei müharibə zamanı bədinin müxtəlif hissəsindən 70 faizdən çox zədə almış əlillər və qazilərlə tək-tək görüşüb , onların problemləri ilə maraqlanıb. Görüş 2 saat yarım çəkib.












  • Yazılıb
  • da (də) 2015 Sep 21