Tarix : 2015 Aug 30
Kod 46387

Gurcustan paytaxti qızıl gülə boyandı + (Fotolar)

Qeyd olunan mövlud təbrikində Məsihi xanımlar da gül paylayıb Müsəlmanların təbriklərini və İslam dininin Xanım Məryəmin müqəddəssliyinin təsdiqlədiyini şəhər sakinlərinə çatdırdılar.



AranNews-
Ümumi Gürcüstan Musəlmanları Ali Dini idarəsi (ÜGMADİ) və onun nəzdində fəaliyyət göstərən İmam Əli (ə)xeyriyyə fondunun təşkilatçılığı ilə, Marneulidə yaşayan  Müsəlman və Məsihi xanımlar, Marneuli şəhərində və paytaxt Tiflisdə yaşayan Məsihiləri xanım Məryəmin (ə) mövludu münasibəti ilə təbrik edib, onlara güllər hədiyyə etdilər.
Şəhər sakinləri  müsəlmanların təbriklərini  yüksək sevinclə qarşılayaraq öz təəcüblərini və sevinclərini dilə getirib alqışlayırdılar. Tiflisdə qonaq olan turistlər Müsəlmanların təbriklərinə xüsusi maraq edir və bu ölkədə hər iki dinə mənsub olan sakinlərin bir-birləri ilə bucür mehriban və sevgi dolu yaşadıqlarına sevindiklərini qeyd edirdilər.
Qeyd edək ki, bu təşkilatçılığa Gürcüstanın baş kilsəsi olan "Sameba kilsəsi"-nin də xüsusi dəsdəyi oldu. Qeyd olunan mövlud təbrikində Müsəlman xanımlara Məsihi xanımlar da öz dəstəyini göstərərək dövlət idarələri, küçə və kilsələrdə gül paylayıb Müsəlmanların təbriklərini və İslam dininin Xanım Məryəmin müqəddəssliyinin təsdiqlədiyini şəhər sakinlərinə çatdırdılar.
Mövludla bağlı xüsusi video çarx hazırlanır, tezliklə siz oxucularımız üçün təqdim olunacaq.
Allahın salamı olsun Xanım Məryəmə (ə) və Məryəm oğlu İsaya (ə)










  • Yazılıb
  • da (də) 2015 Aug 30