Arannews - Gəncədə dəhşətli qətl hadisəsinin
bəzi təfərrufatı bəlli olub.
Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə
zamanı ailənin 4 nəfər üzvü də evdə olub. Axşam saatlarında iki maskalı şəxs evə
daxil olaraq 1 və 3 yaşlı uşaqların başını kəsiblər. Cinəyatkarlar evdən heç nə
götürməyərək evi tərk ediblər. Hazırda hadisə yerində polis işləyir.
Xatırladaq ki, Gəncənin “beş yol” adlanan ərazisində
yaşayış evində biri 1, digəri 3 yaşlı olmaqla iki uşağın baş kəsilmiş halda
meyiti aşkar edilib.
hadisə yerinə polis əməkdaşları cəlb olunub. Əraziyə kənar
şəxslərin daxil olmasına icazə verilmir.
Hadisənin kim və hansı səbəbdən törədilməsi ilə bağlı
araşdırma aparılır.