Tarix : 2015 Jun 22
Kod 46072

Moskvada mübarək Ramazan ayının gəlişi münasibəti ilə Ramazan Çadırı dini – mədəni tədbiri açılışı olub

Rusiyanın paytaxtı Moskvada şəhərin mərkəzi məscidinin qarşısında bu ayla əldaqədar olaraq, hər gün təxminən 600 nəfərin iftarını verməsi üçün nəzərdə tutulmuş çadır qurulub.

Arannews - Rusiya müsəlmanları ruhani idarəsinin təşkilati dəstəyi ilə Moskva şəhərində mübarək Ramazan ayının gəlişi  münasibəti ilə Ramazan Çadırı dini – mədəni tədbiri açılışı olub .

Rusiyanın paytaxtı Moskvada şəhərin mərkəzi məscidinin qarşısında bu ayla əldaqədar olaraq, hər gün təxminən 600 nəfərin iftarını verməsi üçün nəzərdə tutulmuş çadır qurulub .

Artıq 10 ildir ki, bu çadır İslam dini, müsəlman mədəniyyəti və ilahi ain təbliğatçısı kimi qapılarını ziyarətçilərin üzünə açıb .

Ramazan Çadırı Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva Şəhər Meriyasının təşkilatçılığı ilə qurulub. Çadırda hər gün iftar süfrələri, sərgilər, Quran müsabiqələri, dini -elmi məclislər təşkil olunacaq. Bundan başqa Moskvada fəaliyyət göstərən müsəlman ölkələrin diplomatik korpus və səfirlikləri öz ölkələrinin mədəniyyət, incəsənət və mətbəxlərini nümayiş etdirmək üçün çadırda sərgilər təşkil edəcəklər .

Bu il çadırı 50 minə yaxın insanın ziyarət edəcəyi  gözlənilir.

  • Yazılıb
  • da (də) 2015 Jun 22