Tarix : 2015 Jun 18
Kod 46058

İmam Xomeyni (rəh) Ramazan ayı barədə əxlaqi tövsiyyələri

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilmişdir. Bu aya yetişən şəxslər oruc tutmalıdırlar..." Bəqərə-185



AranNews-
Ramazan təqva ayıdır. Təqva dinin və etikanın ən gözəl terminidir. Təqva - yəni özünü hər bir günahdan qorumaq. Amma digər bir cəhətdən insan vücudundakı Allahı qorumaq. Təqva – yəni istənilən şeylərə yaxınlaşmamaq.
Təqva –yəni insanın rəftar, söhbət və fikirlərinə hakim kəsilməsi, yəni onlara nəzarət etmək. Təqva – yəni seçim, ixtiyar və iradə.
Ramazan – təqva ayıdır. Elə bu səbəbdən də “insan”lıq cilvəsidir. Ramazan – insanlıq, həqiqətə qovuşmaq ayıdır. Ramazan – Allah ayıdır.
Hilalın görsənməsi ilə müsəlmanlar bir ay oruc tutacaqlarını niyyət edəcəklər. Lakin bəziləri günlərin uzun olması, havanın siə isti keçməsi ilə bağlı narahatdırlar. Ən əsası Allaha təvəkkül edib özünə inanmaq lazımdır. Oruc ilk növbədə bizim ruhumuza faydalıdır. Öz istəklərimizə qarşı çıxaraq iradəmizi möhkəmlədir, səbr əldə edirik. Cəmiyyətdəki mövqemizdən asılı olmayaraq hamımız bərabər oluruq: hamı aclıq keçirir və ac olan insanların vəziyyətini anlayır. Biz həm başqalarının dərdinə şərik çıxır, həm özümüzə qalib gəlirik. Əlbəttə, orucun fiziki faydaları da mövcuddur. Qədim zamanlardan tibbdə aclıq və pəhriz qan azlığından tutmuş xərcəngə kimi bir sıra xəstəliklərin müalicəsində tətbiq olunur. Bir ay ərzində insan orqanizmi yüngülləşmək fürsəti əldə edir. Hədislərdə iftardan daha çox imsakın edilməsi tövsiyə olunur. Yəni sübh azanına kimi insan nəsə yeməyə çalışmalıdır. İftar isə, yaxşı olar ki, ilıq su, xurma və ya duzla açılsın. İftar zamanı çox və tələskən yemək bəyənilmir .
“Böyük cihad yaxud nəfslə mübarzə” kitabında İmam Xomeyni (rəh) bax elə Ramazan ayı barədə əxlaqi tövsiyyələr buyurmuşdur. Bu məqalədə kitabın “Şabaniyyə münacatı” adlı hssəsi haqqında azca araşdırma aparmaq niyyətindəyik.
İmam Xomeyni (rəh) “Şabaniyyə münacatı”nın Məsum İmamların (ə) həmişə oxuduğu bir dua olduğunu təsdiqləyir və deyir ki, Məsum İmamlar (ə) bu dua vasitəsilə Allah Taala ilə münacat edər, mübarək Ramazan ayına daxil olmaq üçün maddi- mənəvi cəhətdən bir növ hazırlıq görərdilər. İmam Xomeyni (rəh) buna dəlil orucun müqəddəs hədəfləri və insan üçün yüksək bir məqam olduğunu qeyd etmişdir.
İmam Xomeyni “Böyük cihad yaxud nəfslə mübarzə” kitabında Şabaniyyə münacatından bir fraza qeyd edərək orucun sırf mənəv-ürfani bir vəzifə olduğunu söyləyərək yazır: “


الهی هب لی کمال الانقطاع الیک

“Pərvərdigara! Bu dünyadan tam azad olub Özünə tərəf diqqət etməmizi bizə nəsib et!” cümləsi Ramazan ayı haqqındadır. Belə ki, cümlənin mənası, ilahi agah insanlar mübarək ramazan ayı gəlmədən öncə bu maddi dünyanın bütün ləzzətlərindən qırılıb ilahi bir qonaqlığa hazırlaşırlar. Bütün təyin olunmuş şərtləri ilə mübarək ramazan ayının orucunu tutmaq istəyən hər bir şəxs təbiidir ki, bu maddi dünyanın bağlılıqlarından qırılmalıdır. Çünki bu bağlılıq olduğu kimi qalarsa, bu möhtəşəm qonaqlığın adətləri yerinə yetirilməzsə, ürfan və ariflik də həqiqi mənada cilvələnməz”.
İmam Xomeyni (rəh) bu kitabda da oruc tutmağın mənasının yalnız yeyib-içməkdən pəhriz olunmadığını qeyd edir. O, deyir ki, oruc tutmaq (əlbəttə yeni oruc tutanlar üçün) günahlardan pəhriz etmək deməkdir. Lakin ilahi şəxyyətlərin orucu üçün bunlar şərt hesab olunmur. Elə bu cəhətdən də buyurur: Siz ən azından bu ilkin şərtə riayət edin, yeyib-içmədiyiniz kimi gözünüzü və dilinizi günahlardan saxlayın. Elə bu saatdan dilinizi qeybət, töhmət, yalan və bu kimi günahlardan saxlayacağınıza, qəlbinizi həsəd, paxıllıq və şeytani xislətlərdən qoruyacağınıza qərar verin... Heç olmasa, orucunuzun zahiri günahlardan bir qoruyucu olmasına çalışın”.
İmam Xomeyni (rəh) bu kitabda şəri qanunlara belə uyğun, amma günaha bulanmış orucu ilahi dərgahda qəbul olunmayan, yüksəlməyən bir oruc kimi təqdim edir. Əlbəttə İmam Xomeyni (rəh) belə bir orucu insan əxlaqında heç bir dəyişiklik yaratmayan, orucun əsil mahiyyəti ilə xarakterizə olmayan bir heyvanın orucu kimi dəyərləndiriblər.
Çox təəssüflər olsun ki, biz “böyük cihad”ı nəfsin günahlardan qorunması ehtirasların cilovlanması kimi xüsusi mənada dərk edirik. Elə bu cəhətdən də nəfsani rəzalət hesab olunan şəhvət və ehtirasın ümumi mənası tamamilə unudulmuşdur. “Böyük cihd yaxud nəfslə mübarizə” kitabında İmam Xomeyni (rəh) qeybət, töhmət, pis sözlər danışmaq, paxıllıq, kin-küdurət və bu kimi etik pozğunluqları ön cərgəyə çəkiblər. Belə ki, bu günahlardan pəhriz etməyi əxlaqi fəzilət olduğunu qeyd ediblər. Hətta bu dəyərli kitabda əziz müəllif şəhvət və ehtirasın ümumi deyil, xüsusi mənasını diqqət mərkəzində saxlayıblar.
İmam Xomeyni (rəh) qeybət və töhmət kim böyük günahlardan qorunmaq haqda buyurublar: “Bütün müsəlmanların amanda olması lazımdır. Müsəlmanlar hansısa bir müsəlmanın dil, göz və əlindən amanda olmazsa, onda o heç müsəlman deyil və zahirdə (dildə) müsəlmandır. Çünki bu müsəlman gözdən pərdə asmaq üçün “La İlahə İllallah” demişdir. Birdən kiməsə cəsarət edib, kiminsə qeybətin edərsinizsə, Allah dərgahında olduğunuzu unutmayın. Siz hamınız Allahın qonağısınız. Pərvərdigarın qarşısında Onun bəndələrinə hörmətsizlik və cəsarət etməyin. Allah bəndələrinə ihanət – Allahın Özünə hanət deməkdir”.
İmam Xomeyni (rəh) rəvayətlərlə təfsir olunan bəzi Quran ayələrinə əsasən bütün insanların əməllərinin Rəsul Əkrəm (s) və Məsul İmamlara (ə) təqdim oldunğunu qeyd edərək deyir ki, bu əməllər Məsumların (ə) gözü önündən keçir və onlar acizanə yalvararaq qeybət, töhmət, həsəd və bu kimi günalarla Rəsul Əkrəmi narahat etəmələrini, onun da Allah dərgahında xəcalətli olmamsını istəyirlər: “Bu əməllərinizlə Rəsul Əkrəmi (s) narahat etməyin. O Həzrətin (s) qəlbinin qırmayın və onu kədərləndirməyin. Rəsul Əkrəm (s) sizin nameyi-əməlinizin digər müsəlmanlar haqda qeybət edib, həsəd və töhməy kimi günahlarla dölu olduğunu, bütün diqqətinizin dünya və dünya malına dikildiyini, qılbinizin bütün çirkinlklərlə dolu olduğunu gördükdə Allah Taala və bütün məsum mələklərin qarşsında xəcalətli olmazmı?! Peyğəmbər (s) bütün bu nemətlərin müqabilində bu qədər naşükür olan ümmətinin xəyanətinə görə utanmazmı?!”.
İmam Xomeyni (rəh) bu kitabda xalis və təmiz bir orucu insan qəlbində olan qara nöqtələrin, kin-küdurətin təmizlənməsi kimi dəyərləndirərək nəticədə Qədir gecələrində tam şəffaf və nurani bir insan vücuduna çevriləcəyindən söhbət açır. Onun sözlərinə əsasən, belə bir orucun mükafatı Allah Taalanın vədəsidir: “Oruc Mənim üçündür və mükafatını da Özüm verəcəyəm”. Lakin yalnız yeməkdən pəhriz edib, qeybət kimi digər günahlardan çəkinməyən oruclu şəxs, özü-özlüyündə oruc, amma İlahi dərgahda günahkar hesab olunur və heç bir mükafatı da yoxdur.
İmam Xomeyninin (rəh) təsəvvüründə İlahi ziyafətin adət-ənənəsi var. O da Pərvərdigarın məqamına olan mərifətdir. Onun fikrincə bu məqam, bütün peyğəmbərlər və Məsum İmamların (ə) sorağında olduğu kamil bir məqam olmuşdur. Bu isə “Şabaniyyə münacat”ındakı o məqama qovuşmaq Allaha qovuşub, qəlbin tam nurani bir nöqtəyə çatmasıdır.
Ramazan ayının sonuncu cüməsi bütün müsəlmanlar tərəfindən Qüds günü kimi qeyd olunur. Bu gün müsəlmanlar məscidlərə toplaşraq bütün işğalçılara qarşı etiraz sələrini ucaldır, zülmə və təcavüzə “yox!” deyirlər.

"و انر ابصار قلوبنا بضیاء نظرها الیک، حتی تخرف ابصار قلوب حجب النور الی معدن العظمه"
Pərvərdigara! Qəlbimizin nuru dəlib Öz Əzəmət və Cəlalına yetişmək üçün qəlbimizi Öz nurunla işıqlandır


  • Yazılıb
  • da (də) 2015 Jun 18